Icma.az
close
up
RU
Birol Akgün: Türkiyə şirkətləri bu gün Qarabağın inşasında həvəslə iştirak edir

Birol Akgün: Türkiyə şirkətləri bu gün Qarabağın inşasında həvəslə iştirak edir

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda mövcud olan sıx münasibətlərimiz gələcəyə böyük inam yaradır.

APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumunun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər" mövzusunda dəyirmi masada deyib.

“Bizim qardaşlığımız və əməkdaşlığımız müstəsna xarakter daşıyır. Biz Qarabağ müharibəsi zamanı azərbaycanlı qardaşlarımıza mənəvi dəstək olduq. 6 fevral zəlzələsində də Azərbaycan bizə dəstək əlini uzatdı. Hazırda Kahramanmaraşda inşa edilən “Azərbaycan məhəlləsi” Türkiyə-Azərbaycan qardaşlığının simvoludur. Biz hər anda Azərbaycanın yanında olacağıq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, bu qardaşlığa heç bir amil xələl gətirə bilməyəcək”, - səfir qeyd edib.

Onun sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən bir sıra şirkətlər bu gün Qarabağın inşasında həvəslə iştirak edir və oradakı layihələrə böyük sərmayələr yatırırlar.

“Ölkələrimiz arasında belə bir media platformasının yaradılmasına göstərilən dəstəyə görə təşəkkür edirik. Biz 44 günlük Vətən müharibəsi zamanı kəndlərin, qəsəbələri və şəhərlərin azad edilməsi xəbərlərini eynilə Azərbaycandakı kimi həyəcanla izləmişdik. Hesab edirəm ki, biz Qarabağ müharibəsi zamanı beynəlxalq aləmdə informasiya müharibəsinin nə qədər böyük önəm daşıdığının şahidi olduq. Bizim hər birimiz qarşılıqlı əlaqələrin inkişafı üçün çalışırıq. Bu yolda mətbuatdan gözlədiyimiz hər iki ölkə barədə xəbərlərin yayılması zamanı son dərəcə diqqətli olmaqdır”, - Birol Akgün əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Fevral 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri