Icma.az
close
up
RU
Birotaqlı ev qadın üçün fəlakətdir!

Birotaqlı ev qadın üçün fəlakətdir!

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Eminquey Akifin yeni yazısını təqdim edir.

“Dünyada hələ heç bir xəbər agentliyi, TV, qəzet, teatr, kino, sənət yox ikən, hər evdə mətbəx və qadınlar var idi”.

Eminquey Akif


O ki evə qonaq gəlir, qadınlar mətbəxə yığılır ha, dünyada ən maraqlı yer həmin mətbəxdir. Nə var kişilərin toplaşdığı masada? Maşın söhbətləri, heç vaxt əlləri çatmayacaq Putin-Amerika-Qafqaz mübahisələri və uzaqbaşı din, peyğəmbər, imam, Allah.

Mətbəx isə bütün sənət sahələrini özündə birləşdirən müqəddəs ocaqdır. Saatın yox olduğu, duyğuların gah qartal zirvəsinə qalxdığı, gah da ilan kimi yerlə süründüyü, bütün duyğu orqanlarının qidalandığı əlahiddə məkan.

Ən cəlbedici xəbər başlıqları:

Məsələn, Sona qaynın arvadı Rənaya deyir:

“Rasimlə Gülnar boşandı – İki uşaq ortada qaldı”.

Başlıq hazırdımı? Hazırdı. Rənanın bircə “Nə danışırsan???” deməsi bəsdir ki, xəbərin bütün təfərrüatları ilə tanış olasan. Bu xəbərlərin mütləq bir etibarlı istinad mənbəsi olur. Məsələn, Gülnargilin qapı qonşusu Pakizə.

Pakizənin adı gələn kimi hamı bu xəbərə şəkk-şübhəsiz inanır və qızğın müzakirə başlayır. Rasimlə Gülnarın evdən qonşuya yayılan dava-qırğın səsləri, gecəki davanın səhərsi Gülnarın anasının onlara gəlməyi və bütün başqa detallar.

Mətbəxdə teatr və heç vaxt aşkarlanmayan artistlik bacarığı:

Qadınların içində mütləq kimisə parodiya edəcək, yamsılayacaq bacarığı olan biri olur. Məsələn, bir başqa mövzunun ən qaynar məqamında hamı Təranə çönüb deyir:

“Aaz, dur bir dənə Fatma (məhəllənin sevilməyən qonşusu) kimi yeri, sən onun ağzından yaxşı açırsan”.
Təranə qəfil çevrilib olur Fatmanın birəbir eynisi. Hamının ürəyindən tikan çıxır, uğunub gedirlər. Söz yox ki, Fatmanın danışmağını yamsılamaq da Təranənin bacarıqları siyahısına daxil ola bilər.

Buna bir növ “mətbəxdə komediya/stand up” demək olar.

Mətbəxdə musiqi:

Hər on mətbəxdən səkkizində oxumaq bacarığı yemək qoxusunda, qazan buxarında itib-batan bir qadın var. Göyərti doğraya-doğraya, düyü arıtlaya-arıtlaya elə zümzümələr eşidə bilərsiniz ki, min müğənni yığıla, o zümzümə qədər şirin, o zümzümə qədər məlahətli ifa qoya bilməz ortaya.

Yeni əsrə qədər qadın azadlığı şərq ölkələrinin menyusunda olmadığı üçün mətbəxlər qadının ən azad olduğu yer idi. Qadının yeri mətbəx idi. O, erkəyinin ürəyinə yol tapmaq üçün gününün yarısını mətbəxdə keçirirdi. Doğrudur, indi də bu fakt qüvvəsində qalır, amma şübhəsiz ki, o mətbəxlərin pəncərəsindən qaçıb küçəyə, küçədən də səhnəyə və başqa yerlərə ayaq aça bilən qadınlar da az deyil.

Mətbəx qadının Vətənidir. Vətəni necə qorumaq lazımdırsa, qadın da mətbəxi o cür qoruyur. Vətənin necə öz qayda-qanunu, nizamı varsa, qadın da mətbəxdə o cür qayda-qanun, nizam yaradıb. Heç bir kişi o mətbəxdə hökmranlıq edə bilməz, o qayda-qanunu, nizamı poza bilməz. Çəngəl qoyulan qabın içinə qaşıq atmaq, suyu içib stəkanı hara gəldi qoymaq, çörəyin ovuntularını mətbəx mebelinin üstündəcə qoyub getmək yalnız kişinin işi ola bilər.

Mətbəx olmasaydı, bu qədər ixtiralar necə əmələ gələcəkdi? Paltaryuyandan tutmuş yumurta soyana qədər – nə varsa, mətbəxin sayəsində əmələ gəlib. Kişiyə qalsaydı, çox güman əti hələ də çiy yeyirdik. Kişiyə qalsaydı, çox güman hələ də od kəşf olunmamışdı. Qadının varlığı kişini məcbur etdi ki, odu kəşf edib onu qorumağı qadına tapşırsın. Belə olmasaydı, qadının qarşısını almaq çətin olardı. Elə buna görə də qadın kişidən qisasını mətbəxdə alır. Ən böyük ailə münaqişələri mətbəxdə müzakirə olunur. Qadın kişini məhz mətbəxdə məzəmmət edir.

Zaman elə bir məqama gəlib çıxıb ki, qadınlar indi bir başqa reallıqla üz-üzə qalıblar. Ev almaq müşkülə çevrilib. İndi birotaqlı, studiya mətbəxli evlər gəlib bazara. Bu evlər geniş ev almağa gücü çatmayanların dincliyi, rahatlığı olsa da, qadınlar üçün əsl fəlakətdir. Bu evlər qadının mətbəx azadlığını əlindən alır. Qadın hər şeydən məhrəm ərazisini itirir. Necə ki artıq qadın həm siyasətdə, həm incəsənətdə, həm də digər sahələrdə geniş auditoriya toplaya bilir, yəni, qadın mətbəxdən dünyaya çıxmaqdadır, artıq mətbəxlər də öz məhrəmliyini itirib özünü kütləyə təslim edir. Bu evlərdə mətbəxin sərhədləri yoxdur.

Qədim Romada yaranan artıq tamamilə xüsusi bir otaq kimi formalaşmağa başlayan mətbəx, romalıların dilində desək, “culina” (kulinariya sözü də buradan əmələ gəlib), artıq yenidən öz primitiv mərhələsinə qayıdır.

Bu birotaqlı evlər qadın üçün kabusdur.

Bu birotaqlı evlər...

Bu studiyalı mətbəxlər...

Və bəzən də ağlamaq üçün ən əlverişli künclər...

Və bəlkə də otağın ortasında qurulan səngərlər...

Avropadan meyxanaçılarımıza iş təklifi - Onlar 150 minlik maşını necə alırlar? Allaha inanmaq ehtiyacı necə yarandı? Aliment ödəyə bilmədiyi üçün özünü asan gənc - Evlilik faciəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Noyabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see257

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see249

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see240

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see237

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see225

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see225

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see222

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see219

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see214

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see210

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see209

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see204

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see191

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see188

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see186

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see183

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see183

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see182

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see175

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri