Birpilləli dissertasiya müdafiə sisteminə keçməliyik Sabiq nazir
Icma.az, Modern.az saytına istinadən bildirir.
Dünyanın müxtəlif ölkələrində, həmçinin bəzi sovet ölkələrində elmlər doktoru dərəcəsi almaq üçün birpilləli sistemə keçid edilib.
Bunu Modern.az-a sabiq təhsil naziri Misir Mərdanov deyib.
O qeyd edib ki, həmin ölkələrdə elmlər doktoru adı almaq üçün bir dəfə müdafiə keçirilir: "Ancaq bizdə, Rusiyada və bir neçə digər ölkədə ikipilləli sistem qalır. Mənim fikrimcə, dünyaya inteqrasiya olmaq istəyiriksə, gələcəkdə birpilləli müdafiə sisteminə keçmək və müəyyən prosedurları da sadələşdirmək olar”.
M.Mərdanovun sözlərinə görə, müdafiənin birpilləli şəkildə keçirildiyi ölkələrdə isə professorluq, dosentlik məsələlərində çox ağır tələblər var:
“Ona görə də bu dəqiqə demək olmaz ki, bunların hansı yaxşı, hansı pisdir. Hər halda dünya praktikası ilə gedəcəyiksə, yaxın gələcəkdə birpilləli dissertasiya müdafiə sisteminə keçmək olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















