Icma.az
close
up
RU
Birtaniya arxivlərində AXC ilə bağlı MƏXFİ SƏNƏDLƏR

Birtaniya arxivlərində AXC ilə bağlı MƏXFİ SƏNƏDLƏR

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Birtaniya arxivlərində Azərbaycan Xalq Cümhuriyyəti illərinə aid açıqlanmamış sənədlər var.

AzPost bildirir ki, “BBC News” Birtaniya arxivlərində olan sənədlərin bəzilərini yayıb. Bu sənədlər əsasən ingilis diplomatların təxminən 100 il öncə bir-birinə yazdığı məktublar və teleqramlardır. Bu məktublarda Azərbaycan Xalq Cumhuriyyətinin  və onun liderlərinə həm inamsızlıq, həm etimad var.

Bu sənədlərin içində o dövrün şahidlərinin – ingilis diplomatların məktub və teleqramları yer alıb.  Arxivdən həmçinin Əli Mərdan bəy Topçubaşovun məktubları da tapılıb.

Britaniya Xarici İşlər Nazirliyinə ünvnalandırılan müraciətlərində Türkiyə və Qafqazda fəaliyyət göstərən britaniyalı komissarların Azərbaycanın etibarlılığı barədə kəskin şəkildə fərqlənən mövqeləri aydın olub. Azərbaycanın Türkiyə ilə əlaqələrinə dair təyziqlər Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Paris Sülh Konfransında tanınmasından dərhal sonra artıb.

Britaniyanın Konstantinopoldaki (İstanbul) Baş Komissar müavini Admiral Riçard Vebbi ən çox narahat edən, əsasən erməni qəzetlərinin yazılarındakı iddialar olub.

Bu maraqlı müzakirələri, britaniyalı rəsmilərin fərqlənən mövqeləri və AXC-nin bununla yanaşı qərarını izah edən sənədləri oxucularına təqdim edir.

İstanbuldan teleqram

Azərbaycanın Paris Sülh Konfransında de-fakto tanınmasından qısa müddət sonra, Britaniyanın Konstantinopoldakı (İstanbula) Baş Komissar müavini Admiral Riçard Vebb  Britaniya XIN-nə teleqram ünvanlayıb.

Göndərilib: 25 yanvar 1920

Qəbul edilib: 27 yanvar 1920

Vebb,

Baş Komissar. Konstantinopol

Prioritet A

20 nömrəli Tehran teleqramı.

Cənab Vardropa böyük ehtiramla,

Mən qeyd etməliyəm ki, Azərbaycanın münasibətilə bağlı ciddi şübhələrim var.

Biz hazırda hakimiyyətdə olan Müsavat Partiyasının “Gənc Türklər”lə münasibətləri barədə bir-birini tam təkzib edən xəbərlər alırıq. Bakıda Nuri Paşa və Xəlil Paşaya sığınacaq verilməsi orada “Gənc Türklər”in çox sayda dostu olduğunu göstərir. Bizdə olan etibarlı məlumata görə, Azərbaycandan olan nümayəndə heyəti Sivasda bu yaxınlarda keçirilən Panislamçı Konqresdə iştirak edib. Türk zabitləri Azərbaycana sərbəst gedib gəlirlər və hətta orada rəsmən işə götürülürlər. Azərbaycanın de-fakto tanınması burada “İttihad və Tərəqqi” Komitəsi ilə əlaqələri olan qəzetlər tərəfindən böyük coşqu ilə qarşılanıb.  Buna baxmayaraq ki, Gürcüstan barədə çox az yazılmışdı. Hər şey Azərbaycanda yüksək təsirə sahib olan elementlər və türk millətçiləri arasında sıx və xoş əlaqələrin olduğuna işarə verir.

Mən 68 nömrəli teleqramımda qeyd etdim ki, Azərbaycan nümayəndə heyətinin buraya səfərindən yaranan imkandan istifadə edərək onlara xatırlatdım ki, de-fakto tanınmaq imtiyazlarla yanaşı öhdəliklər də yaradır. Mən qeyd etdim ki, burada yazılır ki, Türkiyənin müttəfiqlərə  qarşı vuruşduğu vaxtı Azərbaycan Türkiyəni dəstəkləmişdi.

Mən qeyd etdim ki, hətta cənab Vəzirovun özünə qarşı türklərlə çox sıx əlaqədə olduğu barədə iftiralı xəbərlər mövcuddur. Cənab Vəzirov bir daha qətiyyətlə ölkəsinin Türkiyə ilə müttəfiq olmaq istəyi və ya niyyətinin olmadığını israr etdi.

Növbəti gün, yanvarın 23-ü yerli fransız dilli erməni qəzeti qeyd etdi ki, etibarlı mənbənin məlumatlna əsasən, Türkiyənin xarici işlər nazirliyi və Azərbaycan nümayəndiliyi arasında 2 ay müddətinə danışıqlar olub və bu danışıqlar şərtləri naməlum olan bir razılıqla nəticələnib.

Aydındır ki, bu bəyanatın mənbəsi çox qərəzlidir. Fəqət burada çox geniş inanılan məlumatlara görə, Azərbaycan və Türkiyə hökuməti və ya Mustafa Kamal arasında az-çox panislamçı ideyalar üzərində bir anlaşma ya əldə edilib ya da ki, hazırda müzakirə olunur.

Azərbaycanı hökumətini rəsmən və cənab Vəzirovun da burada şəxsən bu iddiaları təkzib etmələrinə göstəriş vermək yaxşı olmazdımı?

Ünvanlandırılıb: Xarici İşlər Nazirliyi və Tehran.

Vardropun ilk cavabı

Göndərilib: 27 yanvar 1920

Qəbul olunub: 29 yanvar 1920

Vardrop. Tiflis.

Zati aliləri, sizin mənə, 76 XİN, 6, Tehrana ünvanlandırdığınız 12 nömrəli teleqram.

Xahiş edirəm bundan əvvəlki teleqrama da baxasınız.

Əvvəlcə Müsavat daha sonra isə “İttihad Türk” yönümlü siyasəti təqib ediblər. Müsavat bu mövqeni türklərin Azərbaycanı idarə etmək niyyətlərini göstərdikdən sonra tərk edib. “İttihad” isə türkyönümlü mövqeyə sahib çıxdı ki, türklərdən bir silah olaraq istifadə edərək Müsavat məğlub etsinlər. Hazırda “İttihad” mart ayında keçiriləcək seçkilərdə qələbədən əmindir və türkləri tərk edərək bizimlə əlaqələr qurmaq istəyir.

Azərbaycana, tarixində ilk dəfə müstəqil olmağa şansı üçün özünü borclu saydığı bəzi nüfuzlu türklərə sığınacaq verməsi şişirdilməməlidir.

Ünvanlandırılıb: Konstantinopol 39, təkrarlanıb XİN 53, Tehran 30.

Vardropun Azərbaycandan ötürdüyü məlumat

 Göndərilib: 5 fevral 1920

Qəbul olunub: 6 fevral 1920

53 nömrəli teleqramınıza cavab olaraq.

Polkovnik Stoksdan aldığım məlumat:

Azərbaycan hökuməti Türkiyə ilə gizli razılıq barədə iddianı Baş Komissarın razılığı ilə ictimai şəkildə təkzib etməyə hazırdır. Onların və türk paşaların buradan çıxarılmasına gəldikdə, mən düşünürəm ki, hazırda onların çıxarılması tələbi  ciddi kabinet böhranı yaşamaqda olan hökuməti təhlükəyə sala bilər.

Düşünürəm ki, paşalarla yanaşı bütün türki zabitlər və mənim daha ciddi təhlükə hesab etdiyim rəsmilərin çıxarılması tələbini Azərbaycan ordusu üçün hərbi formalar və sursat formasında verərək dəstəyimizi sübüt etdikdən sonra, lakin silah və patronlar verməmişdən əvvəl vermək yaxşı olar. Çox güman ki, tezliklə hakimiyyətə gələcək “İttihad” partiyasının rəhbəri bildirib ki, türklərin çıxarılmasına qarşı deyil, lakin Nuri paşanın liderlərlə keçmişdəki sıx əlaqələri çətinliklər yarada bilər.

Türk zabitlər çıxarıldıqdan sonra, məncə onların britaniyalı təlimçilər tərəfindən əvəz edilməsi mümkün olacaq. XİN-nin 31 nömrəli teleqramı bildirir ki, bu cür təlimçilərin göndərilməsi hazırda mümkün deyil. Xahiş edirəm ki, bu məsələnin həlli mənim Londona qayıdışıma qədər dondurulsun. Orada ümid edirəm ki, demobilizasiya olunmuş və hazırda işsiz qalmış zabitlər taparam.

ÜnvanlandırılıbXİN nömrə 78, təkrar olunub Konstantimopol nömrə 51, Tehran nömrə 33.

Azərbaycanın təkzibi

Göndərilib: 23 fevral 1920

Qəbul olunub: 24 fevral 1920

Vardrop. Tiflis.

Azərbaycan hökuməti Türkiyə hökuməti ilə hər hansı bir gizli və ya gizli olmayan razılığın əldə edilməsinə dair rəsmi təkzibini dərc edib. Xarici işlər naziri mənə bildirib ki, bunun əksinə olan şaiyələr fantaziyadır və heç bir əsası yoxdur.

Ünvanlandırılıb: Konstantinopol 63, təkrarlanıb XİN 115, Tehran 38.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Yanvar 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see305

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see268

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see249

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see249

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see246

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see235

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see219

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see216

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see213

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see213

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see213

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see212

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see212

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see202

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see201

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see200

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see199

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see195

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see190

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri