Icma.az
close
up
RU
Bişkekdə Alıkul Osmonovun 110 illiyi qeyd edildi FOTO

Bişkekdə Alıkul Osmonovun 110 illiyi qeyd edildi FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Əslində "poeziya bayramı" adlandırdıqları bu tədbirə bir neçə ölkədən şairlər, alimlər, incəsənət xadimləri qatılmışdı. Sentyabrın otuzundan oktyabrın dördünə qədər davam edən tədbirin iştiakçıları arasında qardaş Türkiyədən gələn qonaqlar-alimlər, naşirlər, sənətçilər, reportyorlar əksəriyyət təşkil edirdi. Nə az, nə çox – 18 nəfərdən ibarət bir heyət. Qazaxıstandan Z.Nazarbek qızı, Özbəkistandan R.Xaydarova, Rusiya Federasiyasından N.Kopeykina, Azərbaycandan isə yalnız mən – Adil Cəmil yubiley tədbirinə qatılanlardan idik. 

Türkiyədən gələn qonaqları bir araya gətirən Elazığdakı Firat Universiteti idi. Elazığın qubernatoru H.Xətiboğlunun, Elazığ şəhərinin meri Ş.Şərifoğlunun, Firat Universitetinin rektoru F.Göktaşın da iştirak etdiyi yubiley tədbirinə həmin universitetin tanınmış alimləri – d-r, professor Əhməd Buran, d.r.professor Süleyman Kaan Yalçın, d-r.professor Erjan Alkaya kimi dəyərli elm adamları, həmçinin, Elazığdakı «Manas» nəşriyyatının baş redaktoru Məhəmməd Şener Bulut kimi naşirlər də qatılmışdı. Əslində, bu tədbirdə Türkiyənin Elazığ şəhəriilə Qırğızıstanın İssıkgöl vilayəti arasında bir qardaşlıq memorandumunun imzalanmasına da öncədən hazırlıq görülmüşdü. Hətta, Elazığdakı Xəzər gölünün suyundan gətirib İssıkgölə tökməyin özü də məhz bu dostluğa və qardaşlığa bir işarət idi.

Beləliklə, sentyabrın 30-da, Alıkul Osmonovun 110 illik yubiley tədbirinə başlamazdan 1 gün öncə Y.Balasaqın adına Qırğızıstan Milli Universiteti Türk İrsi Mərkəzinin direktoru, d.r, professor, Qırğızıstanın Azərbaycanda və Gürcüstandakı sabiq səfiri  Kayrat Osmonəliyevin təşəbbüsü və təşkilatçılığı ilə həmin universitetin filologiya fakültəsində təhsil alan tələbələrlə mənim görüşüm keçirildi. Kayrat Osmonəliyev və Əskər Aytmatovun öncə mənim barəmdə söylədikləri dəyərli sözlərə görə minnətdarlığımı bildirib qırğız şifahi və yazılı ədəbiyyat ilə bağlı gördüyüm işləri tələbələrin nəzərinə çatdırdım. «Manas» eposunun tədqiqi və tərcüməsi, Alıkul Osmonov poeziyasının tədqiqi və tərcüməsi, qırğız atalar sözü və məsəllərinin tərcüməsi ilə bağlı nəşr olunan kitabların bir qismi K.Osmonəliyevin rəhbərlik etdiyi Türk İrsi mərkəzində olduğu üçün tələbələr onlarla əyani tanış olmaq və mənə sual vermək imkanı qazandılar. Görüş olduqca maraqlı və yaddaqalan oldu.

Mən Alıkul Osmonovun dilimizə çevirdiyim «Zamandan zamana» şeirlər kitabını və haqqında yazdığım «Qırğız poeziyasının Alıkul zirvəsi» monoqrafiyamı tələbələrə bağışladım. Görüşdə filoloq tələbələr Alıkulun qırğız dilində şeirlərindən əzbər söylədilər və mən həmin şeirlərin Azərbaycan türkcəsinə tərcüməsini oxudum.

Sentyarın 30-da Alıkul Osmonovun adını daşıyan (xatırladıram ki, bu kitabxana əvvəllər Leninin adını daşıyırmış) Mərkəzi kitabxanada Beynəlxalq tədbirin açılışı oldu. Qırğızıstan respublikasının dövlət rəsmləri poeziya festivalını açaraq qonaqları hərarətlə salamladılar. Türkiyə Cümhuriyyətindən gəlmiş dövlət rəsmləri də öz növbəsində qırğız həmkarlarını və tədbir iştirakçılarını salamladılar. Beləcə «Alıkul Osmonov və türk dünyasının mənəvi sərvəti» mövzusunda elmi-praktik konfrans öz işini davam etdirdi. Çıxış üçün mənə də söz verildi. Mən Alıkul Osmonovun 110 illik yubileyinə 2 kitabla (biri şeirlərinin tərcüməsi, digəri ona həsr etdiyim monoqrafiya) gəldiyimi söylədim və onları salondakıların nəzərinə çatdırdım. Toplantı iştirakçıları bunu sürəkli alqışlarla qarşıladılar. Firat Universitetinin elmi əməkdaşları da Alıkulla, qırğız ədəbiyyatı ilə bağlı xidmətlərindən danışdılar və s. 

Konfrans bitəndən sonra – günün ikinci yarısı A.Osmonovun ev-muzeyinə və «Ata-beyit»ə - dahi yazıçı Çingiz Aytmatovun uyuduğu məzarıstana getdik.

Mən ötən il Alıkulun ev-muzeyində olmuş və hətta ona «Darıxır yazı masan» adlı şeir də həsr etmişdim. İndi həmin şeiri onun ev-muzeyində oxumalı oldum. 

«Ata-beyit» şəhərdən 10-12 km. aralı, dağın ətəyində yerləşir. Bu məzarıstan 37 repressiyasında günahsız yerə güllələnib bir xəndəyə basdırılan şəhid ruhlarının məkanıdır. Xalqını, millətini bütün varlığı ilə sevən Çingiz Aytmatov da öz vəsiyətinə əsasən məhz bu məkanda uyuyur…

Növbəti gün biz Panfilov rayonunun Kaptal-Arık kəndinə – A.Osmonovun doğulduğu kəndə getdik. Açıq səma altında tədbir davam etdi. Qırğız uşaqları da musiqi və rəqsləri ilə öz istedadlarını göstərdilər. Biz isə cəmisi 35 il yaşayan istedadlı şairin poeziyasından, tərcümələrindən, dram əsərlərindən danışdıq. Sonra yurtalarda (alaçıqlarda) bardaş qurub qırğız milli yeməklərindən dadmalı olduq. 

Oktyabrın 2-də varid olduq İssıkgöl vilayətinin Karakol şəhərinə. Burada M.Kaşqarlının türk xalqlarını birləşdirən lüğəti (Divani-lüğəti-türk) mövzusunda elmi-praktik konfrans öz işinə başladı. Elazığ qubernatoru ilə İssıkgöl valisi arasında əməkdaşlıq barədə bir müqavilə də imzalandı. Beləcə, yeni ideya və xoş təəssüratla «ata yurddan» ayrılan qonaqlar öz məmləkətlərinə dönmək üçün yola çıxdılar. Mənimsə ürəyimdən bu sözlər keçdi: 

- Yolunuz açıq olsun, türk-turan elləri!

Adil Cəmil 

Bakı, Bişkek, İssıkgöl

4 oktyabr 2025

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri