Icma.az
close
up
RU
Bişkekdə Azərbaycan mədəniyyətinin təntənəsi Fotolar

Bişkekdə Azərbaycan mədəniyyətinin təntənəsi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-25 aprel tarixlərində Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, aprelin 21-də Toktokul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti olub.

Gecədə hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Mirbek Mambataliyev, TÜRKSOY-un baş katibi Sultan Raev, digər rəsmilər, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.

Qala konsertdən öncə nazirlər Adil Kərimli və Mirbek Mambataliyev çıxış edərək mədəniyyətin xalqlarımızın qardaşlığını daha da möhkəmləndirdiyini bildiriblər. Bu qəbildən mədəniyyət layihələrinin davamlı təşkilinin əhəmiyyəti vurğulanıb.

Sonra səhnə incəsənət ustalarına verilib. 

İlk olaraq “Qarabağ" orkestri “Dostluq kompozisiyası”nı təqdim edib. 

Sonra  Azərbaycan Dövlət Rəqs Ansamblı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzularına “Fantaziya", “Nəlbəki”, “Qaytağı”, "Uzundərə" rəqslərinin ifası ilə tamaşaçıların könlünü fəth edib.

Əməkdar artist Şirzad Fətəliyev (balaban) Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Xalq artisti, xanəndə Teyyub Aslanov “Şuşanın dağları” xalq mahnısını, Səxavət Məmmədov, Nurlan Cəbizadə və Atay Oqonbayev “Maş botoy” (komuz) Tofiq Quliyevin “Qaytağı”, Əməkdar artist İnara Babayeva qırğız bəstəkarı Kalıy Moldabasanovun “İssık göl”, Əməkdar artist Xəyyam Mustafazadə Üzeyir Hacıbəylinin “Sevgili canan”, Xalq artisti Teyyub  Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova (duet) Bəhram Nəsibovun “Qarabağ”, Aşıq Samirə və Aşıq Əli Rza Qobustanlının “Gözəldir" və qırğız xalq mahnısı “Komuzçu”, "Qaya” vokal ansamblı Oqtay Kazıminin “Ey həyat” və Vasif Adıgözəlovun “Mən gəzirəm” və Nərgiz Kərimova Muratbek Beqaliyevin “Qırğızıstan” əsərlərini ifa ediblər.

Təntənəli gecə Nərgiz Kərimova, Fatimə Cəfərzadə və Xəyyam Mustafazadənin birgə ifasında Müslüm Maqomayevin məşhur  “Azərbaycan” (sözləri Nəbi Xəzrinin) mahnısının sədaları və tamaşaçıların sürəkli alqışları ilə sona çatıb.

Konsertin sonunda iki ölkənin nazirləri səhnəyə çıxaraq ifaçıları təbrik ediblər.








Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri