Icma.az
close
up
RU
Bitcoin 103 mini vurdu keçdi YENİ REKORDA DOĞRU

Bitcoin 103 mini vurdu keçdi YENİ REKORDA DOĞRU

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kriptovalyuta dünyasının aparıcı siması olan Bitcoin bir neçə gün öncə $100,000 psixoloji sərhədini aşaraq diqqət mərkəzinə düşmüşdü. Hazırda isə bu səviyyədən yuxarıda qərarlaşaraq stabit artım nümayiş etdirir.

Yenisabah.az xəbər verir ki, hal-hazırda Bitcoin $103,842.91 səviyyəsində ticarət olunur. Son bir saat ərzində qiymətdə cüzi bir azalma müşahidə olunub: -0.13%, bu isə qısa müddətli dalğalanmanın davam etdiyini göstərir. Eyni zamanda, son 24 saat ərzində də Bitcoin 0.16% dəyər itirib. Lakin həftəlik baxışda tam əks dinamika müşahidə edilir – son 7 gün ərzində 9.98% artım qeydə alınıb. Bu isə Bitcoin-in daha uzunmüddətli perspektivdə müsbət trenddə olduğunu göstərir. İl başından bəri baxıldıqda isə Bitcoin həftəlik artım göstəricisi ilə eyni çəkidə -  9.98% dəyər qazanıb, bu da investorlar üçün ümumilikdə sabit artım göstəricisidir.

Qeyd edək ki, hazırda Bitcoin-in ümumi bazar dəyəri $2,062,694,692,035 səviyyəsindədir və bu rəqəm onu açıq fərqlə dünyanın ən dəyərli kriptovalyutası edir. Gündəlik ticarət həcmi də bu gücü təsdiqləyir: son 24 saatda $45,727,419,963 dəyərində Bitcoin alınıb-satılıb ki, bu da 439,900 BTC deməkdir.

Dövriyyədə olan Bitcoin miqdarı isə 19.86 milyon BTC olaraq qeydə alınıb. Bu da maksimum 21 milyon tədarük limitinə artıq çox yaxınlaşıldığını göstərir.

Bitcoin-in bu səviyyədə sabit qalması, həm institusional, həm də fərdi investorların marağının davam etdiyini göstərir. Qlobal makroiqtisadi faktorların, ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarlarının və texniki göstəricilərin birlikdə formalaşdırdığı bu durum, yaxın dövrlərdə Bitcoin üçün yeni zirvələrin mümkün olduğunu deməyə əsas verir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 May 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri