Bitcoin in qiyməti 91 min dollardan aşağı enib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qlobal bazarın əsas kriptovalyutası "Bitcoin"in qiyməti 91 min dollardan aşağı enib.
“APA-Economics” "coinmarketcap" platformasına istinadən xəbər verir ki, "Bitcoin"in qiyməti son sutkada 1,79% azalaraq 90 993 ABŞ dolları səviyyəsində formalaşıb. Buna baxmayaraq, həftəlik müqayisədə aktivin qiyməti 3,94% artım nümayiş etdirib. Bitcoinin bazar kapitallaşması 1,81 trilyon dolları ötüb.
"Ethereum"un qiyməti son 24 saatda 3,04% azalaraq 3 153 dollara enib. Digər əsas kriptovalyutalardan BNB-nin qiyməti 1,63% azalaraq 895 dollar, Solana isə 0,69% ucuzlaşaraq 137,6 dollar olub.
Altkoinlər arasında son 7 gündə ən yüksək artım Sui (29,7%), Dogecoin (24,3%) və Shiba Inu (26,6%) üzrə qeydə alınıb. XRP-də isə 4,09% azalma müşahidə edilib.
Bazardakı risk iştahını ölçən Fear & Greed Index göstəricisi 43 bənd təşkil edir ki, bu da investorların ehtiyatlı mövqedə qaldığını göstərir.
Analitiklərin fikrincə, qısamüddətli geriləmə əsasən mənfəət realizasiyası və makroiqtisadi gözləntilər fonunda riskli aktivlərə tələbin müvəqqəti zəifləməsi ilə bağlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 08 Yanvar 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















