Bitcoin in qiyməti yenidən 81 min dolları ötüb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə artım dinamikası davam edib.
“APA-Economics” xəbər verir ki, CoinMarketCap platformasında bazarın aparıcı kriptovalyutası olan "Bitcoin"in qiyməti 0,55% artaraq 81 232 ABŞ dollarına çatıb, bazar dəyəri isə 1,63 trln. ABŞ dolları təşkil edib.
Rəqəmsal qızıl kimi tanınan PAX Gold 1,01% bahalaşaraq 4 713 ABŞ dollarına, Tether Gold isə 1,04% bahalaşaraq 4 714 ABŞ dollarına yüksəlib.
Bazarın ikinci ən böyük kriptovalyutası olan "Ethereum"un qiyməti isə əksinə, 0,95% azalaraq 2 312 ABŞ dollarına enib.
BNB 1,59% artaraq 663 ABŞ dollarına, "Monero" 1,38% bahalaşaraq 413 ABŞ dollarına bərabər olub.
Bazarın ümumi kapitallaşması isə son 24 saatda 0,47% artaraq 2,71 trln. ABŞ dollarına yüksəlib.
Analitiklərə görə, son 24 saatda bazarda müsbət dinamika əsasən investorların risk iştahasının artması, ABŞ-da inflyasiya göstəricələri ilə bağlı nikbin gözləntilər və qızılın bahalaşması fonunda rəqəmsal aktivlərə tələbin güclənməsi ilə bağlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 May 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















