Icma.az
close
up
RU
Bitcoinin qiymətindəki REKORD ARTIM kriptovalyuta bazarlarına nə vəd edir? ARAŞDIRMA

Bitcoinin qiymətindəki REKORD ARTIM kriptovalyuta bazarlarına nə vəd edir? ARAŞDIRMA

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Ötən gün "Bitcoin"in qiyməti tarixi maksimumu yeniləyərək, 94 000 dolları keçib.

"Binance" platformasının məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 17:15-də 94 008 dollarlıq (+1,78%) rekord həddə çatan kriptovalyutanın qiyməti cəmi dörd dəqiqə sonra daha da artaraq 94 241 dollar səviyyəsinə çatıb.

"Bitcoin"in dəyəri bu gün tarixi maksimumu yeniləyərək 97 000 dolları (164.9 min manat) keçib.

"Bitcoin"in birdən-birə bu qədər yüksəlməsi kriptovalyuta bazarlarına nə vəd edir? Bu artımı hansı iqtisadi faktorlarla əsaslandırmaq olar? Mütəxəssislər bu vəziyyəti necə dəyərləndirirlər? Oxu.Az mövzunu araşdırıb.

İqtisadçı Rəşad Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda kriptovalyuta bazarları, o cümlədən də "Bitcoin" Donald Trampın seçilməsini və ötən iclasda FED-in uçot dərəcəsini aşağı salmasını qiymətləndirirlər.

O qeyd edib ki, məhz bu həyəcanın nəticəsidir ki, bazarda alış artıb. Belə hallarda isə təbii ki, spekulyativ müdaxilələr genişlənir:

"Bu gün bizim müşahidə etdiyimiz qiymət səviyyəsi və bu qiymətə çatma dövrü, yəni qısamüddətli period onu deməyə əsas verir ki, burada "köpüklər" də artır. Təbii ki, kriptovalyuta bazarının gələcəyi ilə bağlı ümidlər çox böyükdür və aydındır ki, kriptovalyuta gələcəyin ödəniş vasitəsidir, amma "Bitcoin"in qiymətinin birdən-birə bu qədər sürətlə artaraq bu həcmə çatmasını faktiki olaraq dəstəkləyən heç bir iqtisadi faktor yoxdur.

Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, 100 minlik psixoloji həddə çox az qalıb ki, bu da qiymətin geridönüş istiqamətində dinamikası ehtimalını gücləndirir".

R.Həsənov onu da diqqətə çatdırıb ki, indiki halda kifayət qədər uzunmüddətli dövrdə və irihəcmli investisiya etməyən, kiçik, qısamüddətli investisiya edənlərə münasibətdə bu volatilliyin böyük zərərlər formalaşdıra biləcəyini də nəzərə almaq vacibdir.

"Hazırda alış istiqamətli hərəkətlərin edilməsi tövsiyə olunmur. Bazarların diqqətlə izlənməsi, fundamental faktorlarla yanaşı, qısamüddətli qiymət dinamikasına təsir göstərən amillərin də analiz edilməsi nəticəsində qərarın qəbul edilməsi daha doğrudur. Düşünürəm ki, indiki halda bu bazarda risk faktoru əhəmiyyətli səviyyədə yüksəlib və buna görə də belə bir qərarın qəbul edilməsi investorlara tövsiyə olunmur".

Biznes təlimçisi Sənan Həsənov isə kriptovalyuta bazarındakı bu dinamika ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, "Bitcoin"in qiymətinin rekord səviyyəyə çatması bir neçə əsas faktordan qaynaqlanır.

O qeyd edib ki, əsas səbəblər arasında Donald Trampın prezident seçilməsi və Halvinq prosesinin ("Bitcoin" mədənçilik mükafatının yarıya endirilməsi) xüsusi rol oynadığını göstərmək olar:

"Donald Trampın kriptovalyutalara müsbət yanaşması və bazarı tənzimləməkdə sərbəst yanaşacağı ilə bağlı gözləntilər investorların "Bitcoin"ə marağını artırıb. Bu, siyasi inamın artması ilə birlikdə həm də bazarda tələb partlayışı yaradıb. Digər tərəfdən, Halvinq nəticəsində təklif azalıb, lakin tələbin davam etməsi qiymətlərin kəskin artmasına səbəb olub. Bu, "Bitcoin"in məhdud resurs olduğunu bir daha vurğulayıb".

S.Həsənov bildirib ki, dünya iqtisadiyyatında inflyasiya risklərinin artması və ənənəvi investisiya alətlərinə olan inamın azalması "Bitcoin"i "rəqəmsal qızıl" kimi daha cəlbedici edib.

"Əsas maliyyə institutlarının "Bitcoin"i qəbul etməsi, həmçinin fərdi investorların marağı qiymətləri daha da artırıb. Ancaq unutmaq olmaz ki, "Bitcoin" çox spekulyativ bir vasitədir. Fundamental faktorlar nəticəsində yüksələn qiymətlərdə kəskin enişlər də ola bilər. Uzunmüddətli perspektivdə 2025-ci ilin sonuna cari qiymətlərin daha da yüksəlişi gözlənilir", - deyə ekspert vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri