Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bitərəflər seçkidə iştirak edə bilməyəcək... Qazaxıstanda nələr dəyişdi?

Bitərəflər seçkidə iştirak edə bilməyəcək... Qazaxıstanda nələr dəyişdi?

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazaxıstanda keçirilən referendumda seçicilərin böyük əksəriyyəti yeni Konstitusiya layihəsini dəstəkləyib.

"AzPolitika" xəbər verir ki, bu barədə ölkənin Qazaxıstan Mərkəzi Referendum Komissiyası martın 16-da paytaxt Astana şəhərində keçirdiyi brifinqdə məlumat verib.

Rəsmi nəticələrə əsasən, seçicilərin 87,15 faizi yeni Konstitusiya layihəsinin lehinə səs verib. Sənədin əleyhinə isə 9,8 faiz və ya 898 min 99 seçici çıxış edib.

Məlumata görə, referendumda seçici fəallığı 73,1 faiz təşkil edib. Qazaxıstan qanunvericiliyinə əsasən, referendumun baş tutmuş hesab edilməsi üçün səsvermə hüququ olan vətəndaşların azı yarısının iştirak etməsi tələb olunur.

Qazaxıstanın yeni Konstitusiya layihəsi bu il fevralın 12-də mediada dərc olunmuşdu. Referendumda seçicilərdən bu sənədi qəbul edib-etmədikləri soruşulub.

Layihə ölkə prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü və iştirakı ilə hazırlanıb. Sənəddə bir sıra mühüm dəyişikliklər nəzərdə tutulur.

Belə ki, yeni layihəyə əsasən, ölkədə iki palatalı parlament sistemindən birpalatalı parlamentə keçid təklif olunur. Eyni zamanda deputatların partiya siyahıları üzrə seçilməsi nəzərdə tutulur və müstəqil namizədlərin seçkilərdə iştirak imkanının ləğvi planlaşdırılır.

Layihədə həmçinin qanunvericilik təşəbbüsü hüququna malik Xalq Şurası adlı məsləhətçi orqanın yaradılması da nəzərdə tutulur. Bununla belə, bu qurumun formalaşdırılma mexanizmləri sənəddə tam göstərilməyib. Tokayev daha əvvəl bildirib ki, şurada prezident tərəfindən təyin edilən 126 nəfər təmsil olunacaq.

Yeni Konstitusiya layihəsinə əsasən, ölkədə vitse-prezident institutu da yaradılacaq. Bundan əlavə, dövlət başçısına parlamentin razılığı olmadan hakimiyyət orqanlarında əsas vəzifələrə təyinatlar etmək səlahiyyəti veriləcək.

Bəzi tənqidçilər bu dəyişiklikləri prezident hakimiyyətinin gücləndirilməsi, qanunverici hakimiyyətin zəiflədilməsi və vətəndaş azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirirlər. Lakin prezident administrasiyası bu iddiaları rədd edir və bildirir ki, islahatlar dövlət idarəetməsində çəkindirmə və tarazlıq mexanizmlərini gücləndirməyə yönəlib.

Hələ rəsmi nəticələr açıqlanmamışdan əvvəl Tokayev martın 15 tarixinin yeni Konstitusiya Günü kimi qeyd olunacağını elan edib. Qeyd edək ki, Qazaxıstanda indiyədək Konstitusiya Günü avqustun 30-da qeyd olunurdu. 1995-ci ilin həmin günündə qəbul edilən Konstitusiya təxminən 30 il qüvvədə qalıb.

Ölkənin əsas qanununa son ciddi dəyişikliklər 2022-ci ildə edilmişdi. Həmin vaxt Tokayev Konstitusiyanın daha dəyişdirilməyəcəyini bildirsə də, 2025-ci ilin payızında “həyat yerində saymır” deyərək yeni konstitusiya islahatlarının zəruri olduğunu vurğulamışdı.

Rasim Əliyev

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Mart 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see284

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see277

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see268

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see259

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see259

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see258

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see255

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see250

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see245

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see243

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see230

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see228

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see226

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see221

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see219

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see219

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see216

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see209

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see205

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri