Icma.az
close
up
RU
Bitkoin 65 min dollar səviyyəsindən yuxarı möhkəmlənə bilməyib

Bitkoin 65 min dollar səviyyəsindən yuxarı möhkəmlənə bilməyib

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bitkoin 65 min dollar səviyyəsindən yuxarı möhkəmlənə bilməyib

Bitkoinin (BTC) məzənnəsi son sutka ərzində 65 min dollardan yuxarı möhkəmlənmək üçün bir neçə cəhd edib, lakin bazar ertəsi səhər saatlarında 63,7 min dollara qədər düşüb. Sutka ərzində o, 1% ucuzlaşıb və iyulun 20-si Bakı vaxtı ilə saat 12:00-a olan məlumata görə, 64 min dollar ətrafında dəyişir. Oxuməni.az-ın məlumatına görə, bu barədə RBK xəbər verir.

May və iyun aylarında dəyərinin 20%-dən çoxunu itirən ilk kriptovalyuta, iyulun əvvəlindən bəri təxminən 10% bərpa olunub. Son iki həftədir ki, BTC 62-65 min dollar diapazonunda ticarət olunur.

Coinmarketcap-ın məlumatına görə, kriptovalyuta bazarının ümumi kapitallaşması 24 saat ərzində 1,76% azalaraq 2,16 trilyon dollara düşüb. Ticarət həcmi 48 milyard dollar təşkil edib. Ethereum-un (ETH) qiyməti bu müddət ərzində 3% ucuzlaşaraq 1,85 min dollara düşüb.

İlk 100 kriptovalyuta arasında sutka ərzində ən böyük artım 22% ilə Pump.fun (PUMP)-da qeydə alınıb. Ən çox ucuzlaşan isə 6% ilə "币安人生" (Binance Life) tokeni olub. Bu, BNB icmasının memkoinidir və adı "Binance həyatı" kimi tərcümə olunur.

SoSoValue-nun məlumatına görə, ABŞ-dakı spot bitkoin birja fondları (ETF) ötən həftənin yekunlarına görə 75 milyon dollar məbləğində xalis giriş qeydə alıb. ABŞ-dakı Ethereum fondlarına isə ötən həftə 105 milyon dollar daxil olub. Bu, həm bitkoin, həm də efir ETF-ləri üçün səkkiz həftəlik çıxışlardan sonra ardıcıl ikinci müsbət nəticəli həftə olub.

Kriptobazardakı 100 ballıq "Qorxu və tamah" indeksi 29-a yüksəlib. Bu, hələ də "qorxu" zonasıdır və demək olar ki, "həddindən artıq qorxu" zonası ilə sərhəddədir. Bazar əhval-ruhiyyəsi göstəricisinin bu səviyyələrdə olması investorların hələ də kriptovalyutaları satmağa meylli olduğunu göstərir.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 20 İyul 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri