Biz Atletikoya məhz buna görə uduzduq Robert Levandovski
Fanat saytına istinadən Icma.az xəbər verir.
"Barselona"nın polşalı hücumçusu Robert Levandovski İspaniya La Liqasının 18-ci turunda evdə "Atletiko Madrid"dən aldıqları məğlubiyyəti (1:2) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, matçın 90+6-cı dəqiqəsində qol buraxaraq uduzan "blauqrana"nın təcrübəli forvardının dediklərini "Barca Universal" belə çatdırıb:
"Komanda olduqca məyusdur, çünki "Atletiko"ya qarşı matçın ilk yarısını çox yaxşı keçirdik. Hətta ikinci hissədə də biz üstün idik, amma səhvlərimizdən istifadə edən rəqib iki qol vuraraq qələbə qazandı. Yenə də deyirəm, biz yaxşı oynadıq. Təbii ki, şanslarından yararlana bilmirsənsə, nə dərəcədə yaxşı oynadığının heç bir əhəmiyyəti qalmır. Gözəl futbol sərgiləyə bilərsən, lakin son nöqtəni qoymaq işinin öhdəsindən gəlmək mümkün olmursa, vəziyyət qəlizləşir. Biz məhz buna görə uduzduq".
Xatırladaq ki, cari mövsüm "Barselona" forması ilə 24 oyuna çıxan Levandovski 23 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 23 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















