Icma.az
close
up
RU
Biz birlikdə dünyanı daha sülhsevər və təhlükəsiz edəcəyik Donald Tramp

Biz birlikdə dünyanı daha sülhsevər və təhlükəsiz edəcəyik Donald Tramp

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Tramp və Tszinpin arasında telefon danışığı baş tutub, tərəflər bir-birinin maraqlarına hörmətlə yanaşdıqlarını bəyan edib..."

Cümə günü, yanvarın 17-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Çin sədri Tszinpin arasında  telefon söhbəti baş tutub.

Moderator.az xəbər verir ki, bu barədə Çinin "Sinxya" dövlət agentliyi məlumat yayıb. 

Donald Tramp özünün "Truth Social" səhifəsində bu məlumatı təsdiqləyib: "Bu, həm Çin, həm də ABŞ üçün çox yaxşı bir söhbət olub. Mən bizim birgə səylərimizlə bir çox problemləri dərhal həll edəcəyimizi gözləyirəm. Biz ticarətin balanslaşdırılması, fentanil, "TikTok" və digər mövzuları müzakirə etdik. Prezident Tszinpinlə birlikdə dünyanı daha sülhsevər və təhlükəsiz etmək üçün əlimizdən gələni edəcəyik", - deyə, o bildirib.

Söhbət zamanı Çin Xalq Respublikasının Sədri Pekinin Tayvanla bağlı mövqeyini bir daha ifadə edib. Eyni zamanda, Si Tszinpin bildirib ki, ABŞ və Çin fikir ayrılıqlarına baxmayaraq, əksər hallarda bir-birinin əsas maraqlarına hörmətlə yanaşır.

Xatırladaq ki, ABŞ-da prezident seçkilərindən dərhal sonra Tszinpin Ağ Evin hazırkı rəhbəri Co Baydenə Trampın yeni administrasiyası ilə əməkdaşlıq edəcəyini bildirib. Onun sözlərinə görə, bu, ABŞ və Çin arasındakı münasibətlərdə fikir ayrılıqlarını tənzimləməyə kömək edəcək.

Dekabr ayında Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək inauqurasiyasına Tszinpini dəvət etdiyi məlum olub. Lakin Çin lideri ABŞ-ın yeni seçilmiş prezidentinin dəvətini rədd edib. Bunun əvəzinə o, vitse-prezident Han Çjeni göndərməyi qərara alıb.

"Çin ABŞ ilə sabit, sağlam və davamlı münasibətlər qurmaq istəyir və iki ölkə üçün qarşılıqlı anlaşma yolunu tapmaq məqsədilə yeni Amerika hökuməti ilə işləməyə hazırdır," - Çin Xarici İşlər Nazirliyinin adını açıqlamadığı nümayəndəsi bəyan edib.

Bundan öncə "Business Insider" nəşri xəbər verib ki, Çin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyası ərəfəsində açıq və gizli şəkildə gücünü nümayiş etdirməyə başlayıb. Analitiklərin fikrincə, Çin Xalq Respublikası bu hərbi aktivliyi təsadüfən artırmayıb.

Xatırladaq ki, ABŞ və Çin arasında münasibətlərdə bir sıra gərgin məsələlər mövcuddur. Cümə günü ABŞ Ali Məhkəməsi, "TikTok"-un sahibi olan Çinin "ByteDance" şirkətinin bazar gününədək platformanın ABŞ-dakı aktivlərini qeyri-çinli alıcıya satmasını tələb edən qanunu dəstəkləyib. Əks halda milli təhlükəsizlik səbəbindən platformanın ABŞ-da istifadəsi qadağan edilə bilər.

Bundan əlavə, 2025-ci ilin əvvəlində Çin Tayvana silah tədarükü və satışı ilə əlaqədar olaraq 28 Amerika şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bundan öncə Donald Tramp bütün Amerika idxalına 10 faizlik, Çin məhsullarına isə 60 faizlik rüsum tətbiq edəcəyinə söz verib. Yanvarın 6-da Tramp Çinlə münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Yanvar 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri