Icma.az
close
up
RU
“Biz buna razılıq verməmişdik” Rusiya ABŞ ni nədə ittiham edir?

“Biz buna razılıq verməmişdik” Rusiya ABŞ ni nədə ittiham edir?

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Atlantik okeanında "Marinera" neft tankerini saxlamaqla "qanunsuz güc aksiyası" törədib.

“AzPolitika” xəbər verir ki, Rusiya XİN-in bəyanatında belə deyilir.

Nazirlik qeyd edib ki, "açıq dənizdə dinc gəmi"nin ələ keçirilməsi beynəlxalq hüququn fundamental prinsipləri və normalarının, eləcə də naviqasiya azadlığının kobud şəkildə pozulmasıdır. Nazirlik bəyanatında bildirib ki, "Vaşinqton kəskin beynəlxalq böhranlar, o cümlədən son illərin fikir ayrılıqları səbəbindən onsuz da son dərəcə gərgin olan Rusiya-Amerika münasibətləri ilə bağlı gərginlik yaradır”.

XİN xatırladıb ki, saxlanılan tanker 24 dekabrda Rusiya bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb və Şimali Atlantikanın beynəlxalq sularında Rusiya limanına gedərkən "dinc keçid" həyata keçirib. Nazirlik iddia edir ki, ABŞ dəfələrlə tankerin Rusiya mənsubiyyəti və "mülki dinc statusu" barədə məlumat alıb.

Nazirlik qeyd edir ki, açıq dənizdə gəminin dayandırılması və yoxlanılması yalnız məhdud sayda səbəblərə görə, məsələn, piratçılıq və ya insan alveri kimi səbəblərə görə mümkündür: “Digər hallarda isə, bu cür hərəkətlərə yalnız bayraq dövlətinin razılığı ilə icazə verilir və Rusiya belə bir razılıq verməyib. Rusiya ABŞ Sahil Mühafizəsinin tankeri təqib etməsi ilə bağlı ABŞ hakimiyyət orqanlarına rəsmi etiraz edib”.

Nazirlik "ABŞ tərəfinin milli sanksiya qanunvericiliyinə istinadlarını əsassız" adlandırıb və ABŞ-ni "beynəlxalq dəniz naviqasiyasının fundamental norma və prinsiplərinə riayət etməyə və tankerə qarşı qanunsuz hərəkətləri dərhal dayandırmağa" çağırıb.

Xatırladaq ki, bir gün əvvəl ABŞ Rusiya tankerini İslandiya və Britaniya adaları arasında ələ keçirib. “Reuters”-in məlumatına görə, Rusiya hərbi gəmiləri tankerin yaxınlığında olub. Lakin onlar ABŞ-nin hərəkətlərinə cavab olaraq heç bir tədbir görməyibilər.

Beləliklə, özü Ukraynada işğalçılıq müharibəsinə başlamaq və dörd ildir davam etdirməklə beynəlxalq hüququ ayaqlar altına ataraq çirkin presedent yaradan Rusiyanın bu gün özünə qarşı beynəlxalq hüququn pozulmasından gileylənməkdən başqa əlindən heç nə gəlmir…

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Yanvar 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri