“Biz də avrokuboklarda bir neçə mərhələ keçsəydik...” 0:5dən sonra belə dedi
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Misli premyer-liqasının 17-ci turunda “Sumqayıt” “Qarabağ” önündə darmadağın oldu – 0:5.
Doğrudanmı, komandalar arasında səviyyə fərqi bu qədər dərindi, yoxsa qonaqlar, sadəcə, bəxtsizliklə üzləşdi? “UltraSumqayıt” fanklubunun rəhbəri Qüdrət Allahverdiyev “Football-plus.az”a bu haqda danışdı:
“Fikrimcə burda ən mühüm amil maliyyə və səviyyə fərqinin olmasıdı. Bu gün üçün “Sumqayıt”ın maliyyə ehtiyatları bir o qədər çox deyil ki, səviyyəli futbolçular gətirsin. Təbii ki, futbol bir oyundu. Bəzən maliyyədən və heyətdən asılı olmadan zəif klub da güclünü məğlub etməyi bacarır. “Neftçi” ilə oyunu nümunə göstərmək olar. Biz də avrokuboklarda bir neçə mərhələ keçsəydik, onda klubda maliyyə problemləri müəyyən qədər aradan qalxmış olardı. Baş verən hadisələrə baxmayaraq, klubumuza güvənirik. “UltraSumqayıt” ailəsi olaraq, ümid edirik ki, ölkə kubokunda uğurlu nəticə əldə edib, yenidən avrokuboka yollanacağıq”.
ƏSƏD SEYİDOV
Baxış sayı:63
Bu xəbər 17 Dekabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















