Icma.az
close
up
RU
Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Şimali Kiprdə keçirilən “Bizim ailəmiz Türk dünyasıdır” adlı konfrans maraqlı çıxışlar, Türk dünyasının gələcəyi ilə bağlı təklif və fikirlərin səsləndirilməsi ilə yadda qalıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasını uğurla davam etdirir. Layihə çərçivəsində bir sıra işlər görülüb, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Lefkoşa şəhərində “Bizim ailəmiz Türk dünyasıdır” adlı konfrans keçirilib.
İctimai Birlikdən verilən məlumata görə, konfrans maraqlı çıxışlar, türk dünyasının gələcəyi ilə bağlı təklif və fikirlərin səsləndirilməsi ilə yadda qalıb.
Məlumatda deyilir ki, konfrans QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, CASCFEN-nin və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Şimali Kipr Türk Cümhuriyyətinin Prezident Sarayında reallaşıb.
Konfransda ŞKTC Prezidenti Ersin Tatar, milli təhsil naziri Nazım Çavuşoğlu, Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, həmçinin ŞKTC, Türkiyə və Azərbaycandan olan ictimaiyyəti nümayəndələri, ziyalılar, türk dünyasının bir sıra ölkələrindən olan uşaq, yeniyetmə və gənclər iştirak edib.
Orhan Həsənoğlu: Türk dünyasının daha da dərindən inteqrasiya üçün bu cür tədbirlərin keçirilməsi vacibdir
Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu belə bir tədbirin ŞKTC-də keçirilməsinin əhəmiyyətinə toxunub. O, qeyd edib ki, Türk dünyasının daha da dərindən inteqrasiya üçün bu cür tədbirlərin keçirilməsi vacibdir.
O.Həsənoğlu bildirib ki, Türk dünyasının gələcəyinin də güclü olması üçün uşaq və gənclər ortaq mirasımız barədə geniş məlumatlara sahib olmalıdırlar: “Hesab edirəm ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi bu baxımdan yaddaqalan olacaq. Layihə çərçivəsində “Bizim ailəmiz Türk dünyasıdır” adlı konfransın ŞKTC-də keçirilməsi isə başqa bir önəm daşıyır”.
O, konfransda Türk dünyasının bir sıra yerlərindən olan uşaq, yeniyetmə və gənclərin də iştirak etdiyini diqqətə çatdırıb.
Nadir Azəri: Məhz bu dəstəyin nəticəsidir ki, biz ŞKTC-də belə möhtəşəm bir tədbir keçiririk
Sonra çıxış edən CASCFEN sədri Nadir Azəri layihə barədə ətraflı məlumat verib.
O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dövlətin QHT-lərlə bağlı siyasətini uğurla həyata keçirməklə yanaşı, Türk dünyası ilə bağlı layihələrə də yaxından dəstək olur: “Məhz bu dəstəyin nəticəsidir ki, bu gün biz burada ŞKTC-də belə möhtəşəm bir tədbir keçiririk”. Nadir Azəri Azərbaycan Milli Məclisinin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın konfrans iştirkaçılaırna təbrik məktubu ünvanladığını da nəzərə çatdırıb.
Şentürk Hoşgül: Bu, “bir millət üç dövlət” prinsipinə sadəqətin növbəti təzahürü kimi dəyərləndirilə bilər
Çıxış edən Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül konfransın Türk dünyasının daha dərin inteqrasiyası baxımından önəmindən bəhs edib.
O, çıxışında həmçinin türk mirasının gələcək nəsillərə çatdırılmasının önəmindən də danışıb: “Öncə onu deyim ki, bu layihə olduqca mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsində tədbirlərin ŞKTC, Türkiyə və Azərbaycanda keçirilməsi isə “bir millət üç dövlət” prinsipinə sadəqətin növbəti təzahürü kimi dəyərləndirilə bilər”.
Şəmil Sadiq: Təhsil sahəsində əlaqələrin dərinləşməsi türk dünyasının inteqrasiyasında mühüm rol oynayır
Konfransda çıxış edən Azərbaycanın Hədəf Şirkətlər Qrupunun qurucuçu Şəmil Sadiq ŞKTC ilə əlaqələrin inkişafından bəhs edib.
O, təhsil sahəsində əlaqələrin inkişafı istiqamətində atılan addımların önəminə toxunub. Qeyd edilib ki, təhsil sahəsində əlaqələrin dərinləşməsi Türk dünyasının inteqrasiyasında mühüm rol oynayır.
Nazım Çavuşoğlu: Bu konfrans iki ölkə arasında yaxınlaşmalara da zəmin yaradır
Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu isə çıxışında bu cür konfransların davamlı olmasını arzu edib.
Nazir Azərbaycanlı gənclərin ŞKTC-də təhsil almasının və Azərbaycanlı gənclərlə ŞKTC-li gənclər arasında yaxınlaşmanın təmin edilməsinin önəmini vurğulayıb.
N.Çavuşoğlu, keçirilən konfransın iki ölkə arasında yaxınlaşmalara zəmin yaratdığını da qeyd edib.
Vüqar İsgəndərov: Ortaq miras - sadəcə keçmişin izi deyil, bizim gələcək birliyimizin də bünövrəsidir
Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov isə mərizəsində Türk dünyasının geniş bir coğrafiyaya yayıldığını bildirərək, “Biz dəyərlərimizlə bir-birimizə bağlıyıq” – deyib.
Millət vəkili deyib ki, ortaq miras – sadəcə keçmişin izi deyil, bizim gələcək birliyimizin bünövrəsidir: “Əgər bu mirası qorumaq istəyiriksə, sadəcə sözlə deyil, əməli layihələrlə, birgə səylərlə, təhsil, mədəniyyət və elm platformalarında əməkdaşlıqla hərəkət etməliyik”.
Sonra Ersin Tatara və Orxan Həsənoğluna təşəkkür plaketi təqdim edilib.
Konfrans xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 İyul 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri