“Biz əbədi olaraq gözləməyəcəyik” Aİ dən ABŞ yə cavab tarifləri
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqı ABŞ-nin yeni tariflərinə cavab tədbirlərinin siyahısını aprelin 15-də təsdiqləmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, Avropa ticarət komissarı Maroş Şefçoviçin sözlərinə görə, əks tədbirlərin bəziləri eyni gündə, qalanları isə mayın 15-də qüvvəyə minəcək.
“Biz əbədi olaraq gözləməyəcəyik”, - Şefçoviç deyib.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen daha öncə deyib ki, Aİ ABŞ Prezidenti Donald Trampa sənaye mallarına tətbiq edilən tarifləri qarşılıqlı olaraq ləğv etməyi təklif edib, lakin bu təklifə adekvat cavab almayıb.
Xatırladaq ki, aprelin 2-də Donald Tramp digər ölkələrdən gələn mallara rüsum tətbiq edəcəyini açıqlayıb. Ümumilikdə, ABŞ Avropa İttifaqından gələn mallara 20% rüsum qoyub. Bundan əlavə, ABŞ Avropa İttifaqından polad və alüminium idxalına 25 faizlik rüsum tətbiq edib.
Bu mövzuda digər xəbərlər:ABŞ Aİ yə 10% tarifləri nəzərdən keçirir
04 Fevral 2025 08:26
“Əbədi müstəqillikdən əbədi suverenliyə”
21 Oktyabr 2025 15:53
: İlham Əliyev: Biz bu torpaqlarda əbədi yaşayacağıq
11 Noyabr 2025 15:23
Laçın əbədi olaraq Azərbaycanındır! ŞƏRH
20 Avqust 2025 17:20
Müharibə “əbədi mərhələ”yə keçir?
06 İyun 2025 16:02
Baxış sayı:54
Bu xəbər 07 Aprel 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















