Biz hələ də həşərat növlərinin 99 faizi barədə heç nə bilmirik…
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
…Böcəklər ekosistemlərdə əsas rol oynayır, tozlanmanı təmin edir, üzvi tullantıları təkrar emal edir və müxtəlif heyvanlar üçün qida kimi xidmət edir. Bununla belə, alimlər hələ də növlərin böyük əksəriyyətinin vəziyyəti haqqında tam təsəvvürə malik deyillər. Böyük Britaniyanın Ekologiya və Hidrologiya Mərkəzinin və London Zooloji Cəmiyyətinin (ZSL) tədqiqatçıları həşəratların monitorinqi üçün yeni kompleks üsul təklif ediblər.
SİA-nın məlumatına görə, bununla bağlı yazı Science jurnalında dərc olunub.
Bilinən milyon növdən yalnız 12,100-ü Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilib və bunların təxminən 20 faizi təhlükə altında hesab olunur.
Bununla belə, mövcud tədqiqatlar əsasən Avropa və Şimali Amerikada kəpənəklər, arılar və iynəcələr üzərində cəmlənmişdir, Asiya, Cənubi Amerika və Afrikada isə faktiki olaraq heç bir məlumat yoxdur. Bu, itkilərin həqiqi ölçüsünü başa düşməyi və effektiv qoruyucu tədbirlərin işlənib hazırlanmasını çətinləşdirir.
Alimlər populyasiyaların uzunmüddətli müşahidələrini, müxtəlif mühitlərdə növlərin bolluğunun müqayisəsini, müxtəlif amillərin təsirinin eksperimental tədqiqatlarını və mövcud məlumatlar əsasında ekspert təhlilini birləşdirən yanaşma təklif ediblər. Bu üsul bizə nəinki təhdidləri daha yaxşı qiymətləndirməyə, həm də məlumatların tam toplanması üçün onilliklər gözləmədən effektiv həll yollarını daha tez tapmağa imkan verəcək.
Qlobal Insect Threat-Response Synthesis (GLiTRS) layihəsinin bir hissəsi olaraq, tədqiqatçılar həşərat populyasiyalarında dəyişikliklərin vahid mənzərəsini yaratmaq üçün təklif olunan metodu praktikada tətbiq etməyi planlaşdırırlar.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Aprel 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















