“Biz İrana Amerika pulundan bir qəpik də verməyəcəyik” Vens
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Prezident Donald Trampın İranla bağlı siyasəti dəyişməyib və Vaşinqtonun əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Di Cey Vens GMA jurnalistinin sualını cavablandırarkən qeyd edib.
Onun sözlərinə görə, ABŞ administrasiyası əvvəldən İranla bağlı təzyiq mexanizmlərini, o cümlədən hərbi tədbirləri, əlverişli razılaşmaya nail olmaq üçün vasitə kimi nəzərdən keçirib.
Vens qeyd edib ki, Tramp administrasiyasının siyasəti İranla münasibətlərin mahiyyətini dəyişməyə və ölkənin nüvə proqramını məhdudlaşdırmağa yönəlib.
Vitse-prezident əlavə edib ki, Vaşinqtonun qiymətləndirməsinə əsasən, mövcud vəziyyət bu istiqamətdə müəyyən irəliləyişin olduğunu göstərir. Bununla yanaşı, o vurğulayıb ki, İran üçün yalnız “qeyd-şərtsiz təslim olmaq” variantı mümkün hesab edilir.
Vens həmçinin CBS telekanalına açıqlamasında bildirib ki, İran mümkün razılaşma üzrə öhdəliklərini yerinə yetirməyincə heç bir maliyyə dəstəyi almayacaq. Onun sözlərinə görə, söhbət birbaşa maliyyə ödənişlərindən deyil, potensial olaraq sanksiyaların yumşaldılması imkanından gedir.
“Biz onlara Amerika pulundan bir qəpik də verməyəcəyik – İrana bir dollar da getməyəcək”, — deyə Vens bildirib.
ABŞ rəsmisi qeyd edib ki, sanksiya rejimində hər hansı dəyişiklik yalnız Tehranın nüvə proqramından imtina etməsi, eləcə də regiondakı silahlı qruplara dəstəyi dayandırması kimi uzunmüddətli şərtlərin yerinə yetirilməsi halında mümkün olacaq.
Bu mövzuda digər xəbərlər:Vens: İrana bir sent də verməyəcəyik
17 İyun 2026 13:36
Amerika pulunun bir senti belə İrana getmir Vens
16 İyun 2026 21:53
Amerika qırıcıları İrana doğru uçdu
23 İyun 2025 21:52
Vens: ABŞ ın müttəfiqləri Amerika İran atəşkəsinə qoşulub
08 Aprel 2026 14:59
Amerika da İrana hücum edəcək? AÇIQLAMA
18 İyun 2025 15:49
Baxış sayı:142
Bu xəbər 15 İyun 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















