Icma.az
close
up
RU
Biz istənilən nəticəyə hazırıq həm optimistik, həm realist

Biz istənilən nəticəyə hazırıq həm optimistik, həm realist

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

- Müsabiqəyə cəmi iki ay qalıb. Həyəcan var?

Asəf Mişiyev: Əlbəttə.

- Avroviziyadan sonra həyatınızda nə dəyişdi?

Asəf Mişiyev: Demək olar ki, yatmırıq (gülür).

- Məşqlər necə gedir?

 Asəf Mişiyev: Məşqdən elə indicə çıxmışıq. Çox gərgin qrafiklə çalışırıq.

- Mahnı da, klip də məlumdur. İndi ən maraqlı məqamlar səhnə tərtibatı, xareoqrafiya, ümumiyyətlə canlı performansınızla bağlı detallardır. Avroviziya səhnəsində dinamik çıxış görəcəyik, yoxsa əksinə?

Asəf Mişiyev: Hələlik dinamikliklə bağlı yalnız onu deyə bilərəm ki, əsas iş kamera üzərində qurulacaq.

- Səhnə dizaynı dünyaca məşhur müğənnilərlə işləyən Ace Bouermana həvalə olunub. Yaradıcı heyətdə başqa peşəkarlar da yer alıb. Hazırda səhnə tərtibatı ilə bağlı işlər nə yerdədir?

Asəf Mişiyev: Bəli, kifayət qədər peşəkar komandadır. Bir neçə gün öncə onlara şəhəri gəzdirdik, milli mətbəximizlə tanış etdik. Hazırlıq prosesi də yaxşı gedir.

- Deməli, qrafikiniz o qədər də gərgin deyilmiş.

Asəf Mişiyev:  Yox, məhz həmin gün sözügedən işlər üçün vaxt ayırdıq. Bu, ümumi plana əvvəlcədən daxil edilmişdi.

- Niyə məhz "Mamagama" adını seçmisiniz?

Asəf Mişiyev: Qrupa ad seçərkən istədim ki, yaddaqalan və melodiya ilə bağlı olsun. İnsanın ilk sözlərindən biri "mama" olur, "gama" isə musiqiyə aiddir. Müasir musiqiyə baxanda melodiyanın  arxa plana keçdiyini, ritmlərin əsas götürüldüyünü görürük. Biz isə melodiyanın ön planda olmasını istəyirik.

Qrupun digər üzvlərini də yaxından tanıyaq.

Həsən Heydər: Musiqi ilə 14 yaşımdan məşğul oluram. Universitet illərində isə aranjiman üzrə çalışmağa başladım. Daha sonra "Mamagama"ya qoşuldum. İndi qrupun gitaristiyəm. Ötənilki Avroviziya mahnımız "Özünlə apar"ın aranjimanı mənə məxsusdur. Bu mənada Avroviziyada ikinci ilim olduğunu deyə bilərəm.

Arif İmanov: Mən də Həsən kimi 14 yaşından musiqi ilə məşğul oluram. 2021-ci ildən etibarən ciddi şəkildə bu sahədə fəaliyyət göstərirəm. Əvvəllər musiqi ilə parallel, başqa işlərdə də çalışırdım. Ancaq hiss edəndə ki, artıq müəyyən qədər musiqidən qazana bilirəm, digər işimdən çıxıb, özümü tam şəkildə musiqiyə həsr etdim. "Mamagama"da zərb alətləri ifaçısıyam. Eyni zamanda zərb alətlərindən dərs deyirəm, tələbələrim var.

- "Run with U" mahnısını təqdim etdikdən sonra ifa ilə bağlı müxtəlif fikirlər səsləndi. Bir çoxları ilkin variantdakı səs effektlərini vurğulayaraq, canlı çıxış zamanı eyni performansı təkrarlaya bilməyəcəyini deyir. Asəf, qrupun vokalisti olaraq, siz bu haqda nə düşünürsünüz?

Asəf Mişiyev: Bu cür fikirləşən insanlar başqa ifalarımla da tanış ola bilərlər. Mənim səsim belədir. Siz konkret olaraq studiyada istifadə olunan səs effektlərini nəzərdə tutursunuzsa, kimdə bunlar yoxdur ki? Bu, müasir dövrün tələbidir. Mən müsabiqə adamıyam. Rusiyada, Albaniyada, İsraildə müxtəlif müsabiqələrdə iştirak etmişəm. Sonuncu isə "Səs Azərbaycan" musiqi yarışmasıdır. Orada ki, səs effektləri yoxdur. İnsanıq. Səhnədə hər şey baş verə bilər. Ancaq biz əlimizdən gələni edəcəyik ki, canlı performansımız uğurlu alınsın.

- Hazırda müsabiqə ilə bağlı mərc siyahılarında təxminən otuzlardasınız. Qalib olmaq ehtimalınızın bu qədər aşağı dəyərləndirilməsi sizi ruhdan salmır ki?

Asəf Mişiyev: Xeyr.

- Bəs sosial şəbəkələrdə haqqınızda yazılan mənfi rəylər sizi qıcıqlandırmır?

Asəf Mişiyev: Həmin şərhlər bizi narahat eləmir. Hətta deyərdim ki, bəzən neqativ şərhlərə ironiya ilə də yanaşırıq. Biz çox pozitiv insanlarıq, mənfi rəylərlə belə zarafat edə bilirik. Çünki kompleksimiz yoxdur. Biz özümüz başa düşürük ki, bizdə nə yaxşıdır, nə pis. Məsələn, Həsənlə mən bilirik ki, Arif bizdən daha yaraşıqlıdır (gülür).

- "Mamagama"nın ölkəmizin multikultural dəyərlərini özündə birləşdirdiyi xüsusilə qeyd olunur. İstərdim bir qədər bu haqda danışaq.

Asəf Mişiyev: Mən yəhudiyəm, Həsənin atası livanlıdır, Arif isə azərbaycanlı. Fikrimcə, Bakı üçün bu, normal bir şeydir. Azərbaycan tolerantlığın kiçik modelidir. Hələ uşaqlığımdan bəri bu şəhərdə müxtəlif millətlərin nümayəndələrini mehriban görmüşəm.

- Müsabiqədəki favoritlərinizi açıqlaya bilərsinizmi?

Asəf Mişiyev: Malta təmsilçisinin ifası xoşuma gəlir. Ancaq birincilikdən danışırıqsa, fikrimcə, Avstriya qalib ola bilər, çünki onların təqdim etdiyi əsl müsabiqə mahnısıdır, üstəlik, perfomansları da əladır. Ötən il İsveçrə təmsilçisi Nemo Mettler də belə bir müsabiqə mahnısı ilə birinci olmuşdu. Bir sözlə, bu il favorit 100 faiz Avstriyadır. İsrail də qalib ola bilər.

Həsən Heydər: Mənim də favoritim Maltadır. Ancaq münsiflərin qərarına əsasən Avstriyanın, SMS baxımından isə Estoniyanın birinci olacağını düşünürəm.

Arif İmanov: Ukraynanın mahnısı çox xoşuma gəlir. Birincilik mövzusunda isə qrup yoldaşlarım kimi düşünürəm.

- Asəf, müsabiqə mahnımızın müəllifi sizsiniz. Necə yaranıb "Run with U"?

Asəf Mişiyev: Düzü, yaranma tarixçəsi yadımda deyil, mahnını yazanda 16-17 yaşım vardı. "Run with U"u "Like me" mahnısına da bənzədənlər var. Halbuki "Like me" mən yazandan bir neçə il sonra çıxmışdı. Ümumiyyətlə, həmin dövrdə bu tip mahnılar çox idi. Biz Avroviziyanın seçimlərinə beş mahnı təqdim eləmişdik. Səhv etmirəmsə, ümumilikdə müsabiqəyə yüzdən çox müəllif mahnı göndərib. Seçilən isə məhz "Run with U" oldu.

- Klipdə saz görürük, səhnədə də görə biləcəyikmi?

Asəf Mişiyev: Bu, həm bizim üçün, həm də sazın özü üçün sürpriz olacaq.

- Niyə məhz saz?

Asəf Mişiyev: Sazı biz seçməmişik, o bizi seçib. Əslində, başqa musiqi alətlərini də yazmışdıq, ancaq məhz bu partiyaya saz oturdu. Mən ümumiyyətlə aşıq musiqisini sevirəm.

- Klipdə ötənilki Avroviziya təmsilçilərimizi də görürük.

Asəf Mişiyev: Biz bununla böyük bir ailə olduğumuzu göstərmək istəyirdik.

- Avroviziyaya seçiləndən sonra qızlar yazmağa başlayıb?

Asəf Mişiyev: Başlayıb.

Həsən Heydər: Cavab verə bilmirik hələ ki (gülür).

- Sizcə, "Mamagama" İsveçrədən hansı nəticə ilə qayıdacaq?

Arif İmanov: İndi əsas məqsədimiz maksimum produktiv olmaq, bacardığımız qədər müsabiqəyə yaxşı hazırlaşmaqdır. Avroviziyada professional şəkildə ölkəmizi təmsil etmək istəyirik.

Həsən Heydər: Ümid edirəm ki, yaxşı nəticə əldə edə biləcəyik. Buna inanıram.

Asəf Mişiyev: Hələ 2011-ci ildə bir müsahibəmdə demişdim ki, Avroviziyada çıxış etmək mənim arzumdur. O vaxt yaşım çox az idi. 2023-ci ildə seçimlərə qatılanda çox çalışdıq. O vaxt qalib gələcəyimizə inanırdıq. Bu il isə yüz faiz əmin idim ki, seçilməyəcəyik. Uşaqlara da demişdim ki, nəticəyə görə narahat olmayın, öz işlərimizə fokuslanaq, yəqin ki, biz getməyəcəyik. Ona görə də, bu xəbər bizim üçün xoş sürpriz oldu.

Seçilən hər kəs təbii olaraq çox sevinir. Bununla bərabər, qarşıda çox ciddi və məsuliyyətli işlərin gözlədiyini unutmaq olmaz. Nəticə haqqında isə nəsə deyə bilmərəm. Hər an hər bir şey ola bilər. Biz istənilən nəticəyə hazırıq. Həm optimistik, həm realist. Ancaq bir şeyi dəqiq deyə bilərəm ki, uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Aytac SAHƏD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see147

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see125

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see125

Rusiya yenidən kiberhücumlarda ittiham olunur...

13 Avqust 2025 22:17see123

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see122

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see120

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see120

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see120

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see119

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see118

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see118

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see118

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see118

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see117

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see117

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see116

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see115

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see115

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see115

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri