Biz Karib dənizində müharibə istəmirik
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin sülh tərəfdarı olduğu və Karib dənizi regionunda müharibə istəmədiyini açıqlayıb.
Missiya.Az xəbər verir ki, paytaxt Karakasda keçirilən Milli Suverenlik və Sülh Şurasının iclasına qatılan Maduro ABŞ-nin Karib dənizindəki hərbi fəaliyyətini tənqid edib.
"Venesuela xalqı ləyaqətli, həmrəy və zəhmətkeş xalqdır. Onlar venesuelalıları pis, ağdərililərin üstünlüyünü yaxşı göstərən bir hekayə yaratmağa çalışırlar. Biz qarşı tərəfdən fərqli olaraq müharibə istəmirik və sülhün tərəfdarıyıq",- Maduro bildirib.
İlahə Qənbərli
Missiya.Az

