Icma.az
close
up
RU
Biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq

Biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İki ölkə arasında diplomatik əlaqələr  1995-ci ilin oktyabr  ayından qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərinin inkişafı mühüm yer tutur. 

Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan inkişaf edir, genişlənir.

Respublikamız bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarla, o  cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. 

Bu günlərdə Özbəkistan Prezidenti Şafkat Mirziyoyevin ölkəmizə dövlət səfəri də şübhəsiz ki, strateji və tarixi əhəmiyyət kəsb edir. 

Prezident İlham Əliyev 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib. Cənab Prezident  çıxışında ötən il Daşkənddə Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandığını bir daha nəzərə çatdırıb. Qeyd edib ki,“Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.”

Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistan Prezidenti Şafkat Mirziyoyevə kənd təsərrüfatına və ilk növbədə isə pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduğuna və Qarabağın bərpasına göstərdiyi köməkliyə görə xüsusi minnətdarlığını ifadə edib.  

Dövlət başçımız bununla bağlı qeyd edib: ”Biz özbək dostlarımıza məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarıq.
Özbəkistan şirkətlərinin bu sahədə təcrübəsi bizim üçün çox qiymətlidir. Bu gün, həmçinin konkret olaraq həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi müzakirə etdik.

Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar. 

Bakıda “Özbəkistan” parkının təməlqoyma mərasimi, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni inzibati binasının açılması, çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması da xüsusi əhəmiyyət kəsb edir.

Ağaverdi Əliverdiyev,

YAP Qusar rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyul 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see186

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see136

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see131

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see125

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see122

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see122

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see121

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see118

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see117

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see117

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri