Biz öz tariximizə qayıdırıq!
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliklərinin dəstəyi ilə Böyük Qayıdışla bağlı yeni video-fləşmob hazırlanıb.
Moderator.az xəbər verir ki, flaşmobda bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış məcburi köçkün gənclərin bir qrupu iştirak edib. Onlar mənsub olduğu şəhər və rayonunun xəritəsinin maketi ilə “Biz öz tariximizə qayıdırıq!” adlı aksiyaya qoşulub və mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə bir araya gəliblər...
“Qarabağ Azərbaycandır” şüarı ilə yekunlaşan video-fləşmob Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb. Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərzilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər intensiv qaydada icra edilir. Video-fləşmobu təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 04 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















