“Biz platformalarımızda ifadə azadlığını geri qaytaracağıq” Zukerberq
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Meta” Korporasiyası öz platformalarında - “Facebook”, “Instagram” və “Threads” mikrobloqlar xidmətində fakt yoxlamalarının xidmətlərindən imtina edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin yaradıcısı Mark Zukerberq videomüraciətində bildirib.
Zukerberqin sözlərinə görə, mövcud sistem həddən artıq səhvlər və senzuraların olduğu bir nöqtəyə çatıb:
“Biz qaydaları sadələşdirəcəyik və platformalarımızda ifadə azadlığını bərpa edəcəyik”.
Zukerberq qeyd edib ki, bundan sonra digər istifadəçilərin qeydləri İlon Maska məxsus “X” sosial şəbəkəsinə bənzər “Meta”ya məxsus sosial şəbəkələrdə görünəcək.
Bundan əlavə, istifadəçilər hələ də icma siyasətlərini pozan yazıları bildirmək imkanına malik olacaqlar. Bu şikayətlər avtomatik məzmun skanının nəticələrindən əvvəl nəzərə alınacaq.
“Meta”, həmçinin onu öz lentlərində görmək istəyən istifadəçilər üçün siyasi məzmunu gizlətməyi dayandıracaq.
Xatırladaq ki, “fakt-checking” (fakt yoxlamaq) sistemi “Facebook”da 2016-cı ildə Rusiya “trol fabriklərinin” ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı qalmaqal fonunda peyda olub. Yoxlamanı “Meta” əməkdaşları deyil, əsasən peşəkar jurnalistlər və redaktorlardan ibarət üçüncü tərəf təşkilatları həyata keçirib.
Baxış sayı:83
Bu xəbər 07 Yanvar 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















