“Biz rusların açıqları məktəblərin qaranlıq tərəfini görmürük...”
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Biz rusların Azərbaycanda açdıqları məktəblərin aydınlıq tərəfini görürük, amma onun qaranlıq tərəfini görmürük. Gəlin, onun qaranlıq tərəfinə baxaq. Bu məktəblər birmənalı olaraq idarəetməni asanlaşdırmağa xidmət edən yerli bürokratlar yetişdirmək üçün açılmışdı. Fitrətində məmurluq olmayanlar yazıçı, şair, bəstəkar oldular”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
Onun sözlərinə görə, yerdə qalan məzunlar idarəetmə işinə cəlb olundular:
“Bir haşiyə çıxım: öz xalqının qüsurlarını görməklə, öz xalqında qüsur görmək ayrı-ayrı mətləblərdir. Bu rus məktəblərinin tələbələrinə məhz ikincisi aşılanırdı: öz xalqında qüsur görmək. Bu rus məktəblərində yetişən maarifçiləri qoyaq bir qırağa. Deyək ki, maarfiçiliyin fəlsəfəsi bunu tələb edirdi. Amma bürokratların öz xalqına ikrahla baxması və bunu idarəetmə ənənəsinə çevirməsi bütün cəmiyyət həyatını məhv etdi. Bürokratiya ilə xalq arasında bu məktəblərin bürokrat məzunları elə bir uçrum yaratdılar ki, biz bu gün də o uçruma bütöv ailələri, hətta bütöv nəsilləri atsaq da dolmaq bilmir. Xalq həyatını təhlükəyə atan bütün bürokratik biganəlik bu rus-müstəmləkə məktəblərinin yaratdığı öz doğma xalqına ikrahla yanaşmaq ənənəsindən qaynaqlanır”.
O, bildirib ki, bu inzibati ənənənin təmsilçilərinin Roma tanrısı Yanus kimi iki sifəti vardı, xalqa nifrət edən sifəti bizə baxırdı, müstəmləkəçiliyə sevgiylə xidmət edən sifəti Rusiyaya:
“Bu gün də Azərbaycanda istər inzibati, istər mədəni-ədəbi mühit bu cür iki səmtə baxan ikisifətli yanuslarla doludur. Hamısı da məşhurdur, ad çəkməyə ehtiyac yoxdur. İslahat istəyiriksə, yüz əlli il geriyə qayıdıb təhsil vasitəsilə yuyulmuş beyinlərin yaratdığı bu inzibati müstəmləkə ənənəsini yox etməliyik. Biz bir evdə yaşayan, amma bir-birinə ikrahla baxan pozğun bir ailənin üzvləri kimiyik. Məsələnin kökü budur”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 Noyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















