“Biz sizin düşməniniz deyilik” Netanyahunun xanımı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İsrail Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu İran xalqına müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Ərim, Baş nazir Netanyahunun tez-tez dediyi kimi, siz İran xalqı zəngin tarixə malik istedadlı və bacarıqlı xalqın möhtəşəm mədəniyyətinin varislərisiniz.
Biz sizin düşməniniz deyilik. Bizim mübarizəmiz sizinlə deyil, sizə zülm edən zalım rejimlədir.
Biz xalqlarımız arasında sülhün, azadlığın və dostluğun gələcəyinə inanırıq”.


Netanyahunun xanımı Trampla niyə görüşdü?
02 Dekabr 2024 14:42
Netanyahunun xanımı Trampla bir arada
02 Dekabr 2024 22:07
Netanyahunun xanımı ilə bağlı araşdırma başladı
02 Fevral 2025 22:14
Netanyahunun xanımı İran xalqına müraciət etdi
23 İyun 2025 15:48
Netanyahunun xanımı Trampla bir arada Nə danışdılar?
02 Dekabr 2024 13:48

