Icma.az
close
up
RU
“Biz Ukraynaya nə satacağıq? “Kalaşnikov” yoxsa “Patriot”?”

“Biz Ukraynaya nə satacağıq? “Kalaşnikov” yoxsa “Patriot”?”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan 2022-ci ildən indiyədək Ukraynaya humanitar yardım göstərir. Bu humanitar yardımların ümumi həcmi 40 milyon dolları ötüb. Burada hansısa gizli yaxud qaranlıq bir şey yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında neft və qaz məsələləri üzrə ekspert, İlham Şaban deyib. O, bildirib ki, Azərbaycan ümumilikdə indiyənədək Ukraynanın enerji sektoru üçün 11 milyon dollara yaxın humanitar yardımlar göndərib:

“Əvvəla bu humanitar yardımdır. İkincisi, bu humanitar yardıma Ukraynanın indi daha çox ehtiyacı var. Çünki Rusiyanın hücumları əsasən, enerji obyektlərinə və qurğularınadır. Ukraynada enerji təminatına kompakt, individual elektrik cərəyan mənbələri böyük rol oynayır. Hamının başa düşdüyü dildə bu dizel generatorlarıdır. Azərbaycan ümumilikdə indiyənədək Ukraynanın enerji sektoru üçün 11 milyon dollara yaxın humanitar yardımlar göndərib”. pizza mizza

Ekspert həmçinin vurğulayıb ki, Azərbaycan ümumiyyətlə Ukraynaya heç vaxt silah satmayıb:

“Azərbaycan ümumiyyətlə Ukraynaya heç vaxt silah satmayıb. Məsələn, bizim Afrika ölkələrinin bəzilərinə silah satmağımızla bağlı xəbərlər mətbuatda yer alıb. Lakin qeyri-münaqişə olan ölkələrə. Biz bu məsələlərə çox ciddi yanaşırıq və beynəlxalq hər hansı bir qadağaları pozmuruq. 

Digər tərəfdən, Ukraynaya nə satacağıq? “Kalaşnikov” yoxsa “Patriot”? Onların buna ehtiyacı varmı? Azərbaycan və Rusiya arasında siyasi gərginlik hamıya məlumdur. Bunu heç kəs inkar etmir. Amma saytların durub qeyri-real hansısa xəbərləri yazması düzgün deyil. Hətta mən dünən bir saytda oxudum ki, Azərbaycan Rusiyaya zərbə endirəcək. Yaxşı ki, hökumətin siyasəti bizim saytların yazdığınından çox-çox uzaqdır. Çox şey demək olar”.

Qeyd edək ki, Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Avqust 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri