“Biz yalnız qlobal mesajlar verməklə kifayətlənməməliyik” VİDEO
Bizim media saytına istinadən Icma.az xəbər verir.
“Biz yalnız qlobal mesajlar verməklə kifayətlənməməliyik. Yeni şəhərsalma gündəliyini yerlərdə tətbiq etməli, real nəticələr əldə etməliyik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Ming Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşdə çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, məqsədlərə nail olmaq üçün həm dövlət, həm də yerli səviyyədə koordinasiyalı fəaliyyətin təmin edilməsi vacibdir.
O, yeni şəhərsalma gündəliyinin praktik tətbiqinin dayanıqlı şəhər inkişafında mühüm rol oynadığını vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 17 May 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















