Icma.az
close
up
RU
“Bizdən küsməyin” Qurban Qurbanov

“Bizdən küsməyin” Qurban Qurbanov

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”a qarşı keçirilən cavab oyundan (1:) sonra mətbuat konfransında qatılıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- “Qarabağ”da penaltilərlə bağlı sindrom qalıb. Kadi Borges fərqlənə bilmədi...
- Bəlkə də qapıçını aldatmaq istəyirdi, qapıçı onu aldatdı. Penalti o dərəcədə heç bir futbolçunun üzərinə gedəsi element deyil. Ən böyük oyunçular da penalti qaçırıblar. Bizim yaxşı penalti vuran oyunçularımız var. Toral Bayramov 15 penaltini bəlkə dalbadal vurub. Kadi çempionat oyununda da vurmamışdı. Amma əvvəllər vurub. Bəlkə hesab 0:0 olsaydı, dəqiq vuracaqdı. Qapıçıları da nəzərə almaq lazımdır.

- Kevin Medinanı sarı vərəqdən sonra əvəzlədiniz. Yeni transferi yoxlayırdınız?
- Mmaeyə şans yaratmaq istəyirdik. Həm də Medinanı riskə atmaq istəmədik. Rəqibin oyun üslubu elədir ki, hücumçu hündürboyludur, istər-istəməz sarı vərəqə almaq ehtimalı çox idi. Həm də Mmaeyə şans yaratdıq.

- “Qarabağ” tam gücü ilə oynadı, yoxsa əsas gücünü növbəti oyunlara saxladı?
- Belə bir şey yoxdur ki, tam gücümüz olsun, hamısından istifadə etməyək. Sadəcə hazırlıq o səviyyədə deyil. Lazımı qədər güc sərf etdik.

- Bu mövsüm "Qarabağ"dan nə gözləyək?
- 12 ilin olması stabillikdir. Həm çempionatda, həm avrokuboklarda biz daha artığını istəyirik. Əgər şansımız varsa, bundan istifadə edəcəyik, hazırlaşacağıq. Hər bir halda qruplarda oynamaq neçə ölkənin futbolunu burada canlı görmək deməkdir. Futbolu Azərbaycanda sevdirmək, insanları yaxşı istirahətə cəlb etmək yaxşıdır. Məğlubiyyətlər olsa da, hamı gəlir cəm şəkildə birlikdə olur, Azərbaycan, "Qarabağ" deyə qışqırırlar. Hələ nə qədər oyun olacaq. Gələcək futbolun inkişafı üçün böyük təkan və motivasiyadır. Həm də, yaxşı, gənc uşaqların futbola cəlb olunması üçün motivasiyadır. Ailələrin uşaqları futbola göndərməsi üçün yaxşı motivasiaydır. Nəticələrə qaldıqda, payızda bilmirəm nə deyə bilərik. Çalışacağıq ki, keçən mövsümkündən daha yaxşı çıxış edək. Asan deyil. Avropada futbol çox inkişaf edib. Çempionatda oyunlar belə atmosferdə olsa, yaxşı meydançada olsa, inkişafmız birə-beş artacaq. Çox azarkeş futbolun 50 faiz gözəlləşməsi və inkişafının sürətlənməsidir. 

- Patrik Andrade maddi məsələdə razılıq əldə olunmadı, yoxsa necə?
- Hansısa səbəb demək düzgün çıxmaz. Səbəb yoxdur. Andrade mənim düşündüyümü futbolu yaxşı icra edənlərdən biridir. Bəzən komandada hansısa yenilik lazım olur, bəzi detallarda dəyişiklik lazım olur. Andradedən oyunundan,davranışdan razı deyildim demək, doğru deyil. Əksinə ən razı olduqlarımdan biri idi. Sadəcə bəzən belə qərarlar da olur.

- Ötən ay komanda Ağdama səfər etdi. Allahverdi Bağırovun məzarı ziyarət edilməmişdi. Niyə bu ziyarət olunmadı? Şəxsi olaraq ziyarət etmisiz?
- Etməmişəm. Orada sıx qrafik tutulmuşdu. Dəqiqələr də, bölünmüşdü. Həm hazırlığın sıx anında səfərə getdik. Məqsəd kuboku ora aparmaq idi. Bir neçə şəhərdə görüşlər keçirdik. Proqramımızda məzarın üzərinə getmək ayrılmamışdı. Amma həmişə onu yad edirik, bizim qəhrəmanımızdır, ürəyimizdədir. Mənim xüsusən belə insanlara çox böyük dəyər verirəm. Bəlkə onu sala bilərdik proqrama. Bizi də düzgün başa düşün. Yəqin ki, çalışarıq onu da edək. Hər bir halda burdan ora aparmaq, yol getmək, yorğunçuluq oldu, görüşlər etdik. Hətta son görüşümüzdə Füzuliyə döndük, vaxtımız yox idi. Dörd şəhərdə olduq. Füzulidə daha geniş görüşümüz olacaqdı, sadəcə təyyarə gözləyirdi. Sabah artıq məşqimiz olacaqdı. Ona görə bizi düzgün başa düşün. Bizdən küsməyin, narazı olmayın. Nə hörmətsizlikdir, nə də başqa şey.

- Sabah klublarımız avrokuboklarda oynayacaqlar. Proqnozlarınız necədir?
- Proqnoz verməyi xoşlamıram. Sadəcə çox böyük ümidlə, inamla komandalarımıza güvənirəm. İnanıram ki, yaxşı nəticələr qazanacaqlar. Dönməsələr də, biz onların yanındayıq, uğurlar arzulayıram. Ümidim böyükdür ki, səfərdən uğurla dönəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyul 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri