Icma.az
close
up
RU
“Bizə böyük hörmətlə yanaşırdılar” Venesuelada səfərdə olmuş məşqçinin ə AÇIQLAMASI

“Bizə böyük hörmətlə yanaşırdılar” Venesuelada səfərdə olmuş məşqçinin ə AÇIQLAMASI

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Artıq Venesuelanın sabiq prezident hesab olunan Nikolas Maduronun saxlanılaraq ABŞ-yə aparılması 2026-cı ilin əvvəlində dünyanın ən çox müzakirə olunan hadisəsinə çevrilib.

İdman.Biz xəbər verir ki, bu proses Venesuelanı beynəlxalq gündəmin mərkəzinə çıxarıb.

Maraqlıdır ki, ötən ilin iyun ayında - ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuela sahillərində qüvvələrini yerləşdirməyə başlamasından az müddət əvvəl – azərbaycanlı idmançılar bu Latın Amerikası ölkəsində səfərdə olublar.

Belə ki, gənc badmintonçular Ülvi Hüseynov və Leyla Camalzadə Venesuelada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər. Onlar əvvəlcə fərdi yarışlarda və qarışıq cütlüklərdə qızıl medal qazanıblar, daha sonra isə həmin ölkədə təşkil olunan digər beynəlxalq turnirdə iki gümüş medala sahib olublar.

Azərbaycan badmintonçularının Venesueladakı çıxışına milli komandanın baş məşqçisi, iranlı mütəxəssis Morteza Validarvi rəhbərlik edib.

O, İdman.Biz-ə müsahibəsində hazırda çətin və qeyri-adi vəziyyətlə üzləşən ölkədəki səfərlə bağlı xatirələrini bölüşüb.

“Badmintonçularımız həm gənclər arasında, həm də elit kateqoriyada keçirilən turnirlərdə əla nəticələr göstərdilər. Mən Latın Amerikası ölkələrində dəfələrlə olmuşam və orada yarışlar yaxşı, lakin ən yüksək səviyyədə təşkil edilmir. Buna baxmayaraq, idman zalları çox təmiz və səliqəli idi”, – deyə Validarvi xatırlayıb.

Baş məşqçi venesuelalıların azərbaycanlı idmançılara münasibətini də xüsusi qeyd edib.

“Venesuelalılar bizə böyük hörmət və diqqətlə yanaşırdılar. Onları həm də Azərbaycanın Venesueladan bu qədər uzaqda yerləşməsi təəccübləndirirdi. Məsələn, turnirin təşkilat komitəsinin nümayəndələri Karakas hava limanında bizi dörd saat gözlədilər. Daha sonra Marakay şəhərinə yollandıq. Bu, çox səliqəli və ən əsası, təmiz, keyfiyyətli yolları və inkişaf etmiş infrastrukturu olan bir şəhərdir”, – deyə M. Validərvi bildirib.

Mütəxəssis venesuelalıların bir maraqlı xüsusiyyətinə də diqqət çəkib.

“Maraqlıdır ki, çoxları Azərbaycan simvolları olan futbolkalarımızı almaq istəyirdi, lakin öz futbolkalarını bizə verməkdən imtina edirdilər. Bizə izah etdilər ki, üzərində Venesuela bayrağı olan geyimləri xarici vətəndaşlara hədiyyə etmək onlara qadağandır”, – deyə məşqçi vurğulayıb.

Ümumilikdə Azərbaycan millisinin baş məşqçisi bu ölkəyə səfərdən məmnun qaldığını bildirib.

“O vaxt şəhərdə çox gəzirdik, yerli sakinlərlə ünsiyyətdə olurduq. Onlar çox səmimi idilər və hər zaman kömək etməyə çalışırdılar. Yenə də ən çox diqqətimizi çəkən məqam hər yerdə müşahidə olunan təmizlik idi”, – deyə Morteza Validarvi əlavə edib.

Teymur Tuşiyev

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Yanvar 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri