Icma.az
close
up
RU
“BİZƏ İSMARIC VERİRLƏR Kİ, AZƏRBAYCANLILARI QOVA BİLƏRİK” “DTX və ya Baş Prokurorluq cinayət işi başlamalıdır”

“BİZƏ İSMARIC VERİRLƏR Kİ, AZƏRBAYCANLILARI QOVA BİLƏRİK” “DTX və ya Baş Prokurorluq cinayət işi başlamalıdır”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Rusiyada azərbaycanlıların qətlə yetirilməsi əhali arasında böyük hiddətə səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi bu cinayət hadisəsi ilə əlaqədar Rusiyaya öz etirazını bildirib və cinayətkarların cəzalandırılmasını tələb edib. Sizin münasibətinizi bilmək istərdik, Rusiya niyə belə davranır?

- Açıq-aşkar görsənir ki, işgəncə verməklə insanların vəhşicəsinə qətlə yetirilməsi hansısa dairələr tərəfindən sanksiyalaşdırılıb. Məqsəd azərbaycanlılar arasında qorxu yaratmaq, Azərbaycanı aşağılamaqla dövlətlərarası münasibətlərə ziyan vurmaqdır. Rusiyada Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və Rusiya Prezidentinin Ermənistan tərəfdən 44 günlük savaşa qatılmamasından narazı qalan qüvvələr var. Həmin dairələr Azərbaycanın Rusiya ilə dostluq münasibətlərinə, rus dilinə böyük önəm verməsini düzgün qiymətləndirə bilmirlər, bunu bizim zəifliyimiz kimi qəbul edirlər. Bölgədə öz varlıqlarını yalnız hərbi iştirakda görən bu qaba güc tərəfdarları bizim Ermənistanla sülh sazişi imzalamağımızı da istəmirlər. Zatulin kimilər açıq formada bəyan edirlər ki, münaqişənin sülh müqaviləsi ilə başa çatması Rusiyanın tərəflərə təsir imkanlarını itirməsinə səbəb ola bilər. Həmin dairələr bu ağır qətli sifariş etməklə həm də Azərbaycana ismarıc göndərmək istəyirlər ki, azərbaycanlıları Rusiyadan qovub, Azərbaycanda müəyyən sosial gərginlik yarada bilərik. Həm də zorakılığa məruz qalanların ifadələri ilə təsdiq olunur ki, bu yolla azərbaycanlıları qorxudub sındırmaqla, onları müharibəyə aparmaq istəyirlər. Konstitusiyamızın 31-ci maddəsinin 4-cü hissəsində düzünə göstəriş var ki, Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Heç bir əsasla bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Quru yolla vətəndaşlarımızın vətənlərinə qayıtmalarına icazə verməməyimizdən istifadə edən Rusiya, onları mənən sındırıb müharibəyə göndərir. Mən iqtidarı növbəti dəfə vətəndaşlarımızın ölkəyə girişini məhdudlaşdırmamağa çağırıram.

- 44 günlük savaşdan sonra Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edirdi, nə baş verdi ki, Rusiyanın mövqeyi bu formada dəyişdi?

- Görünür, Rusiya ya Azərbaycanı hansısa qərarların qəbulundan çəkindirmək, yaxud hansısa qərarlar qəbul etməyə məcbur etmək və ya qəbul olunmuş hansısa qərara görə cəzalandırmaq istəyir.

- Azərbaycan hakimiyyətinə hansısa qərarları qəbul etdirmək üçün işgəncələr verməklə azərbaycanlıların qətlə yetirilməsi terror aktı deyilmi?

- Ona görə DTX və ya Baş Prokurorluq Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsi ilə cinayət işi başlamalı və təqsirli şəxsləri beynəlxalq axtarışa verməlidir. Eynilə Qroznı üzərində sərnişin təyyarəsini vuranları da.

- Daha çox ağlabatan hansı fərziyyələr ola bilər?

- Azərbaycanı Rusiyanın liderliyi ilə yaradılmış qurumlara üzv olmağa məcbur etmək, yaxud Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyən Türkiyəyə bu istiqamətdə mane olmamağımız. Təzyiqlər həm də Azərbaycanın xarici siyasəti ilə əlaqədar ola bilər. Məsələn, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimiz və həmin ölkəyə humanitar yardım etdiyimiz üçün bizi cəzalandırmaq məqsədilə də bu edilə bilər və s.

- İranın İsrail dronlarının Azərbaycan üzərindən İrana zərbələr endirməsinə dair “məlumatların” Azərbaycan tərəfindən araşdırılmasının zəruriliyi barədə açıqlamasını necə qarşıladınız?

- Bu absurd bir açıqlamadır. Azərbaycan dəfələrlə bəyan edib ki, bizim hər hansı dövlətlə əməkdaşlığımız üçüncü dövlətə qarşı yönəlməyib və Azərbaycan heç vaxt imkan verməz ki, azərbaycanlıların da vətəni olan İrana bizim ərazimizdən kimsə istifadə edərək zərbə endirsin. Biz, İsrailin hücumlarını pislədik, münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini vurğuladıq. İsrail bizim dostumuz olsa da, biz, dostlarımızı onlar haqlı olanda müdafiə edirik. İran yaxşı olar ki, bir daha İsraili məhv edəcəyini söyləməsin, İsrail və ABŞ ilə barış üçün səy göstərsin, təcili ölkə daxilində islahatlara başlasın. Həmişə deyirəm ki, Pezeşkian İranın dinc inkişafı üçün bəlkə də son şansdır.

İran özü araşdırmalıdır ki, niyə onun vətəndaşları bu qədər geniş formada İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib? İranın hərbi obyektlərinə zərbələr endirən dronların çoxu İran ərazisində yığılıb və İran ərazisindən də zərbələr endirilib. Axı, İran islam dövlətidir və dinimizə görə vətəni qorumaq imandandır. Bunun sadə cavabı bu atalar misalındadır - “Acın imanı, toxun amanı olmaz”.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see175

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see154

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see153

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see151

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see148

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see148

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see142

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see139

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see137

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see136

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see128

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see126

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see123

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see123

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see121

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see120

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see119

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see118

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 13:12see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri