Icma.az
close
up
RU
“Bizə qarşı olan bu təhqiri həzm edə bilmədik” “Əli və Nino” kitab sərgisini tərk etdi + VİDEO

“Bizə qarşı olan bu təhqiri həzm edə bilmədik” “Əli və Nino” kitab sərgisini tərk etdi + VİDEO

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli sosial şəbəkələrdə paylaşdığı açıqlamasında builki kitab sərgisində baş verənlərə görə sərgini tərk etdiklərini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, onun sözlərinə görə, illərdir davam edən münasibət və intriqalar bu il də dəyişməyib:

“Təəsüf ki, "Əli və Nino" kitab sərgisini tərk etməyə məcbur oldu. Bizə qarşı olan bu təhqiri həzm edə bilmədik. Bu il bizi inandırdılar ki, hər şey fərqli olacaq. Bizə təklif edilən yerlər salonun sonunda olsa da, yenə də razılaşdıq. Hamı kimi, sərgiyə stendləri düzmək üçün 1 gün əvvəl getdik. Minlərlə kitablar, böyük endirimlərlə, işimizə sevgi ilə... Amma bizə (Əli və Ninoya) ayrılan yer başqa təşkilata artıq vəd olunduğunu dedilər. Sonradan söz verildi ki, sabahdan o yer bizindir”. Sezar pizza

Nigar Köçərlinin sözlərinə görə, bütün bunlara baxmayaraq, ertəsi gün “Əli və Nino”nun yerində artıq başqa, kitabla əlaqəsi olmayan təşkilat yerləşdirilib və nazirlik əməkdaşları əvvəlki danışıqları inkar ediblər.

Bundan sonra “Əli və Nino” və “Qanun” nəşrləri sərgini tərk etmək barədə qərar versələr də, müəlliflərin imza günlərini nəzərə alaraq “Qanun” iştirakını davam etdirib, “Əli və Nino” isə koridorda masa açaraq fəaliyyət göstərib:

“Durum o qədər təhqiredici idi ki, utandığımdan heç banneri də açmadım. Sonradan başa düşdüm ki, mən bu vəziyyətlə barışa bilmərəm. Şahbaz bəyi inandırdım ki, Qanun işinə davam etsin, biz isə sərgini tərk edək”.

Nigar Köçərli əlavə edib ki, bu qərardan sonra özünü daha rahat hiss edib:

“İlk növbədə, komandama və bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Sərgidə olan həmkarlarıma uğurlar arzulayıram (hətta nazirlik qorxusundan bizə yaxın gəlib salam verməyənlərə də)”.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri