Icma.az
close
up
RU
“Bizə yaxşı futbolçular lazımdır” Sxadadze

“Bizə yaxşı futbolçular lazımdır” Sxadadze

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XII turunun “Zirə” – “Qəbələ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Qələbə münasibəti ilə “Zirə”ni təbrik edirəm. Yaxşı oyun oldu. Bunu gözləyirdik. Futbolçularım əllərindən gələni etdilər, maksimum şəkildə mübarizə apardılar. Özünüz də görürsüz, hər oyunda öz qapımıza penaltiyə səbəb oluruq. “Sumqayıt”la oyunda belə penalti oldu. İlk dəfə idi ki, müdafiədə çox diqqətli oynayırdıq. “Zirə” təcrübəli komandadır. Bu səviyyədə oyunlarda belə səhvlərə yol vermək olmaz. Futbolçularımın təcrübəsi çatmır. Süleyman Damadayev çox çalışır, çox mübarizə aparır. Amma bu səviyyədə belə kobud səhvlərə yol vermək olmaz. Biz bundan çox ziyan çəkirik. “Zirə” çox yaxşı müdafiə olunan komandadır. Onlara qol buraxdıqdan sonra qol vurmaq çətindir. Standart vəziyyətlərimiz çox olur. Amma onlardan sonra biz rəqib qapısına təhlükəli epizod yarada bilmirik. Sadəcə bunun üçün keyfiyyətli futbolçu lazımdır ki, vacib ötürməni versin, zərbəni vursun. İndi heç nəyi dəyişə bilmərik. Qışa kimi döyüşməli, mübarizə aparmalıyıq. Sonra heyəti gücləndirmək lazımdır. Fiziki olaraq da, bizə oyunçu çatmır. Söhbət keyfiyyətdən də getmir. Futbolçumuz azdır ki, kimisə meydana buraxaq. Azarkeşləri də başa düşürəm. Onlar öyrəşiblər ki, hər zaman “Qəbələ” avrokuboklarda, qrup mərhələsində mübarizə aparıb. İndi belə vəziyyətdəyik. Onları başa düşürəm, onlar da bizi başa düşməlidir ki, hazırda fərqli vəziyyətdir.

– Komanda uduzsa da, mübarizə aparırsız, komandada sistem görünür…

– Çox sağ olun ki, siz bunu dəyərləndirirsiz. Oyunların gedişatında dəyişikliyi az və gec edirik. Buna baxmayaraq, futbolçular funksional olaraq hazır olurlar, oynayırlar.Təşəkkür edirəm ki, əməyimizi dəyərləndirirsiz. Bu mövzuya qayıtmaq istəmirəm. Əvvəllər də qeyd etmişəm ki, bizdə futbolçu azdır. Ötən mövsüm yerli uşaqlar var idi ki, komandada I Liqada oynadılar. Onlara böyük hörmətim var, çox istəyirəm onları. Amma onların yanında yerli təcrübəli futbolçular da olmalıdır ki, onlar inkişaf etsinlər. Sadəcə futbolçu çatışmır. “Zirə”də 15-16 legioneri var.  Bizdə cəmi 9 legioner var. Etiraf edirəm ki, seleksiya məsələsin yayda bir qədər pis işlədik.

– Penalti epizodundan yararlana bilmədiz…

– Biz iki nəfərin adını yazmışdıq. Biri Sanqaredir, digəri Ba Luadır. Bu elə məqamdır ki, futbolçu o epizodda özünü necə hiss edir, hazırdırsa, özü qərar verir. İlk adını çəkdiyim futbolçulardan sonra Domi də var ki, o da penalti vuranlar siyahısındadır. Sanqare məsuliyyəti öz üzərinə götürdü ki, vursun. Mən də kənardan konkret müdaxilə edə bilmərəm. Qolu kimin vurmasının ciddi fərqi yoxdur.

– Rəhbərliklə transferlərlə bağlı söhbət etmisiz?

– Fariz Nəcəfov elə insandır ki, uzun illərdir futboldadır, kluba da bəlli büdcə ayrılıb. Əsas məsələ odur ki, büdcədən düzgün istifadə edək. 100 faiz transferlər olacaq. Bir həftə əvvəl Fariz Nəcəfovla görüşdük. Söhbətimiz oldu ki, qışa qədər döyüşək. Əsas odur ki, kobud səhvlərə yol verməyək. Bu da təcrübədən irəli gələn məsələdir. Bizə yerli, yaxşı futbolçular lazımdır. Mən əvvəllər harda işləmişəmsə…. Məsələn, “İnter”də yerli futbolçulara şans verirdim, Azər Salahlı və digərlərinin adını çəkə bilərəm. “Qəbələ”də də U-21 yığmasının üzvləri var. Son matçda da Cəbəllütariqə qarşı oynadılar. Sadəcə həmin gənclərin yanında Səlahət Ağayev, Murad Musayev kimi təcrübəlilər lazımdır ki, inkişaf etsinlər.

– Rza Cəfərovun komandaya cəlb olunacağı gözlənilir. Qışda daha bir qapıçı gətirmək gündəmdədir?

– Bu barədə indidən danışmaq istəmirəm. Transferlər olacaq. Qapıçı da lazımdır. Rza da yaxşı qapıçıdır, perspektivlidir. Təəssüf ki, klubunda oynamır, ehtiyatda qalır. Heyətdə rəqabət olmalıdır. Futbolçular rəqabət halında inkişaf edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Sentyabr 2026 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri