“Bizi bu barədə maarifləndirməliydilər” Rüstəm Məmmədov texniki məğlubiyyətin səbəbini açıqladı
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
AFFA İntizam Komitəsinin dünən keçirilən iclasında 1-ci liqa komandası “Zaqatala”ya texniki məğlubiyyət verildi. Futbol qurumu qərarı həm də 1200 manat cərimələnən bölgə təmsilçisinin 11-ci turda MOİK-i qəbul etdiyi matçda legioner limitini pozmasıyla əlaqələndirdi.
“Football-plus.az” bu mövzuda daha ətraflı məlumat almaq üçün baş məşqçi Rüstəm Məmmədovla əlaqə saxlayıb:
“53-cü dəqiqədə Habibu Abdurəşid qırmızı vərəqə alaraq meydanı tərk etdi. Belədə meydanda iki legioner futbolçu qaldı. Legioner limitinin pozulması üçün bu say 3-ü keçməlidi. Biz də 61-ci dəqiqədə Matondo Lumbu Preddini meydana buraxdıq. Təbii ki, bundan əvvəl qaydalarla bağlı bilgi almaq üçün oyundakı baş hakim (Rəvan Həmzəzadə), hakim-inspektor (Munis Abdullayev) və AFFA nümayəndəsinə (Mübariz Hüseynov) müraciət etdik. Lakin onlar məlumatlı olmadıqlarını bildirdilər. Biz də hesabda geridə olduğumuzdan növbəti legionerə şans verdik. Görünür, qərarı yanlış anlamışıq. Sən demə, qırmızı vərəqə alan futbolçu da Əsasnamədə həmin limitə daxil olurmuş. Hər halda, səhvə yol verməsək, cəza almazdıq. Düşünürük ki, bizi bu barədə maarifləndirməliydilər. Düzdü, həmin oyunda onsuz da 1:3 hesabıyla uduzmuşduq. Lakin qalib gəlsək, indi çox acınacaqlı durum ortaya çıxacaqdı”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 24 Dekabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















