Icma.az
close
up
RU
Bizi özlərinə müştəri edənlər Verən razı, alan isə...

Bizi özlərinə müştəri edənlər Verən razı, alan isə...

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bəziləri söyləyirlər ki, əgər nəyisə məcburi ediriksə, bu, həqiqət deyil. Yaxud məcburən inandıqlarımız həqiqət deyil. Lakin fərqinə varmırlar ki, bu yanaşma çox dayaz və səthidir. Cümlə zahirən fəlsəfi yüklü görünsə də, insan oğlu nəyəsə rahatlıqla nail olmayıb. Zahirən “şanslı insan” dediklərimiz də ya sonradan məcburiyyətə qatlanıb, ya da verilən mükafatın haqqını qaytarmadığı üçün həqiqət onu layiq olduğu yerlərə yuvarladıb.

Axı nəyə görə insan məcburiyyətlərlə sözün əsl mənasında adam olur? Şüursuz dediyimiz canlılar – heyvanlara xas davranışlarla zənginik. Bizi onlardan fərqli edən məhz məcburi şəkildə şüurlu davranmağımız və ardınca məcbur olmadan bir işə sevgi ilə yanaşmağımızdır. Yəni xarakter formalaşdırırıq. Heyvanlar əhlilləşirlər, amma insan anlayır, müdrikləşir, başa düşür, formalaşır, cilalanır və böyüyür. Yoxsa elə körpə tək ağzını hər şeyə açar, ağzına hər şey atar və həlak olar. İnandıqlarımız da belədir.

Dərrakəsiz körpə kimi ömrünün sonuna qədər yaşamaq, yoxsa məcburiyyətlər? Amma tarix də sübut edir ki, bir çox hadisələr məcburiyyətdən doğub və nə yaxşı ki, yanlış qəbul edilən addımlar atılıb, yoxsa “azadlıq” hayqırtısı, dəlisov davranışlar bir böyük nəslin taleyini heç edər. İnanaraq pis və ən pis arasında seçim qərarın... Yaxşı və pis arasında seçim etmək daha asandır. Hərçənd günümüzdə onu ayırd etmək də çətinləşir. Bəzən çılpaqlığı ilə həqiqətləri görürük, amma qiymətləndirmə edərkən “öz yanlış həqiqətlərimizi” meyar götürüb seçimimizi edirik. Çünki “azad şəkildə” inandıqlarımız sayəsində özümüzə yol biçmişik. 

Travmalı insanların, çətinlikdə böyüyənlərin nə qədər uğur qazandığını azmı görmüşük? Bu bizə nəsə demir? O insanları dindirsən dastan danışar, qarşısındakını da, özünü də ağladar. Amma bir çoxlarının “əvvəl və sonra”sına baxdıqda həqiqətə varırsan. Təbii ki, həmişə travmalı insanlar toparlana bilmir. Ya yükü ağır gəlir, ya psixoloji cəhətdən sarsılırlar. Əslində, məsələ bizim baxış bucağımızdır. Bizə o qədər “rahat həyat” formulundan geninə-boluna bəhs ediblər ki, bu yalana aldanırıq. Ləli-cəvahir içində yaşayan insanların ya keçmiş nəsli məcburiyyətlər və travmalarla mükafatlar əldə edib, ya da onlardan sonra gələcək soyu məcburiyyətlərə qatlanmalı olacaqlar. 

Aksiomadır: insan rahat həyatda formalaşa bilmir, yanmalıdır, qovrulmalıdır, gərgin beyin işə düşməlidir. Ateist psixoloqlardan biri (adını unutmuşam, bunu məhz psixoloq danışıb) deyir ki, insanları sağaltmaq üçün onlara bir yaradan uydurmalısan. Deməli, inanc insanın yaralarına məlhəm olur. Təsadüfi deyil ki, müdriklər “Nə qədər dərd var ki dərmandır” deyiblər. İnsanlar arasında bütün bağları məhz “məcburi olmaz”, “nə məcburdur”, “ona məcbur deyilsən” kimi aldadıcı sözlərlə məhv etdilər. Halbuki dəyərlərlə ruhi sağlamlığa sahib insanlar yetişir. Nəinki bütün çərçivələri, hədləri aşıb digərlərinin azadlıqlarını əlindən almaqla formalaşan vəhşinin rahatlığı...

İnsan necə nizam-intizamla kamala çatır? İdman edərkən belə, proqramı qulaq ardına vurmursan, bəlli bir düstura inanıb özünü məhrumiyyətlərə məcbur edirsən və nəticə ortaya çıxır. Bəzən tez nəticə əldə etmək istəyənlər elə tez də sıradan çıxırlar. Süni yollara əl atırlar. Bu gün süni münasibətlər məcburiyyətə qatlanmamaqdan irəli gəlir. İşbazlara rəvac verir ki, yeni məhsullar istehsal etsinlər və zəifləmiş, ruhi salamlığını itirmiş, özünün azad dünyası ilə məcburi müştəriyə çevrilsin. Nəhayətində əsl mənfi yüklü məcburiyyətə möhtac qalırsan.

Bəli, müqəddəs, saf, təmiz məcburiyyətlərə qatlanmasaq, bazarın işbazlarının məcburi müştərisi olacağıq.

Samir Mirzə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri