Icma.az
close
up
RU
Bizi qoruyanları biz də qoruyaq İxtiyar Hüseynli yazır

Bizi qoruyanları biz də qoruyaq İxtiyar Hüseynli yazır

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ətrafımızda od içində yanan, yeni savaşlara, terrorizmə, dini radikalizmə, insan alverinə, silah, narkotik qaçaqmalçılığına və digər çeşidli cinayətlərə sürüklənən qan-qada dolu bir dünya var…

Təhlükəsizliyi, sabitliyi qorunmayan vətəndaş da, dövlət də eyni dərəcədə təlatümə sürüklənir. Son onillikdə bir-birinin ardınca tənəzzülə uğrayan, əhalisi savaşlarda, terrorda məhv edilən, ən yaxşı halda miqranta çevrilən ölkələrin timsalında bu həqiqəti görmək olar. Elə bir neçə gün öncə İranda əsrimizin ən genişmiqyaslı müharibəsi yaşandı, son nəsil məhvetmə silahlarının atəşi Azərbaycanın sərhədlərində aydın əks-səda verdi…


Cümhuriyyətimizin yaşıdı

Və bu dünyanın mərkəzində qərar tutmuş Azərbaycanı da oda yaxmaq istəyənlərin, bu torpaqları cinayətlərin, yeni savaşın ünvanına çevirməyə can atanların sayı o qədər çoxdur ki...
Sevindiricidir ki, Azərbaycanda bu qlobal zərərli tendensiyalara qarşı effektiv mübarizə təşkil olunub. Ölkəmizdə möhkəm təməllərə söykənən ictimai asayiş və sabitlik, vətəndaşların əmin-amanlığı etibarlı qorunur. Azərbaycan yalnız öz ərazisindəki separatçılığa qalib gəlməyib, həm də onu təhdid edən digər savaşlara da zəfər çalıb.
Bu uğurlar Qurtuluş missiyasının, dövlət siyasətinin nəticələridir, həm də bu prosesin əsas icraçılarının, o cümlədən 107 yaşı tamam olan Azərbaycan polisinin fədakarlığının göstəricisidir…
Sabah onların - gecə-gündüz, yağışda, qarda, qızmar günəşdə asayişimizi qoruyan, vətəndaşın təhlükəsizliyi üçün özlərini qurban verən, Azərbaycanı dünyanın ən sabit ölkələrindən birinə çevirən, Vətən uğrunda şəhid olan qəhrəmanların, vətənpərvərlərin, peşəkarların, əsl dostların bayramıdır...
"Polis” sözünün ilkin mənası "dövlət” deməkdir. Azərbaycan polisinin fəaliyyəti də Azərbaycan dövlətinin müqəddəratı ilə sıx bağlıdır. Polisimiz hansı siyasi quruluşda, ictimai formasiyada çalışmasından asılı olmayaraq, daim dövlətin, vətəndaşının etibarlı mühafizi, onun güvənc yeri olub.

Dövlətin, insanların təhlükəsizliyi məhz kiçik küçədəki asayişin təminindən başlayır. Paytaxt küçələrindən əyalət məhəllələrinədək, azad Qarabağdan Şərqi Zəngəzura qədər, Xəzər sahillərindən ən yüksəklikdə yerləşən yaşayış məntəqələrinədək hər yerdə onların - sabitliyi, sakitliyi, cəmiyyətin hüzurunu göz bəbəyi kimi qoruyan Azərbaycan polisinin izləri var.

 
Murovdan Xankəndiyədək Zəfər yolu

Bu izlərin - 107 illik şərəfli tarixin və dövlətçiliyə, xalqa sədaqətli xidmətin yüz minlərlə nümunəsi var. Elə müstəqillik tariximizin bütün keşməkeşli, çətin mərhələlərində, tarixi məqamların hər birinin mahiyyətində polisin sədaqətli və peşəkar fəaliyyəti əlahiddə iz qoyub. Bu gün ictimai sabitliyin təminatına, kriminogen duruma nəzarətə görə Azərbaycanın dünyada ən yaxşı nəticələrə sahib olması faktı da heç şübhəsiz, bu tarixin şərəf səhifələrindəndir. Onlar böyük zəfərə verdiyi töhfələri, cinayətkarlığa qarşı mübarizədə davamlı nailiyyətləri və pandemiya dövründəki fədakarlıqları ilə missiyalarına nə qədər sədaqətlə bağlı olduqlarını əyani nümayiş etdirdilər.
Birinci Qarabağ müharibəsində yeganə silahlı asayiş keşikçiləri kimi savaşa ilk qatılan cəsur igidlər də onlar idi. Savaşın getdiyi bütün ərazilərdə şərəflə döyüşdülər, sıralarından 932 qəhrəmanı şəhid verdilər...
Vətən Müharibəsinin ilk dəqiqələrindən silaha sarıldılar, 44 gün ərzində erməni işğalçılarının başını əzdilər, belini qırdılar, Şuşada ucaltdıqları bayrağın timsalında örnək, qəhrəmanlıq nümunələri yaratdılar... 66 şəhidlə ölməzlik dastanı yazdılar...
23 saatlıq antiterror tədbirlərində rəşadətlə savaşaraq, minlərlə əməkdaşının qəhrəmanlığı və 20 şəhidinin müqəddəs qanı ilə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmininə şərəfli möhürlərini vurdular…

Bütövləşən Azərbaycanın asayişinin etibarlı mühafizləri indi azad edilmiş ərazilərdə ictimai qaydanın qorunması, obyektlərin mühafizəsi, terror, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınması, xüsusi reyiminin tətbiqi üzrə xidməti tapşırıqları məsuliyyətlə yerinə yetirir, öz yurdlarına dönən keçmiş məcburi köçkünlərin təhlükəsizliyini təmin edirlər.


Bizi qoruyanları biz də qoruyaq

Son illərin əlahiddə uğurları insanlarımızda rahatlıqla yanaşı, bir unutqanlıq da yaradıb və 1988-1993-cü illərin xaosu, 1995, 2003-cü illərin çətin, ziddiyyətli məqamları artıq xatırlanmır. Sanki zəfər eyforiyası yaşayırıq. Hələ də Azərbaycanda çevriliş, tənəzzül yaratmağa çalışan, bunun üçün yüz milyonlar xərcləyən fövqəlgüclərin və onların müti qulları - sapı özümüzdən olan baltaların mövcudluğunu unuduruq.
Xarici və yerli şəbəkə isə Azərbaycana qarşı rəzil mübarizəsini dayanmadan davam etdirir. Antiazərbaycançı qərəzin ən böyük hədəflərindən biri də daxili işlər orqanlarıdır. Əslində, dəyişən heç nə yoxdur, polis son 30 ildə daim bu bədnam piarın əsas ünvanlarından biri olub. Xaricdə yaşayan xainlər və onların ölkəmizdəki buyruqqulları sosial platformalarda Azərbaycan polisini daim hədəfə, qınaq obyektinə çevirməyə çalışırlar.
O polisi ki, səhərdən axşama, gecədən sübhə qədər paytaxtdan ən ucqar əyalət məntəqəsinədək ərazidə, postda, ictimai asayişin keşiyindədir. Hər kəs bayram günlərində ailəsini başına yığıb istirahət etdikdə Azərbaycan polisi işə çıxır, təhlükəsizliyimizin etibarlı keşiyində dayanır, rahat bayram keçirməyimizi təmin edir. Binada qəza baş verəndə polis əməkdaşı yanğına məhəl qoymayaraq içəri daxil olur, canı bahasına insanları xilas edir. Çaylarda sellər daşanda daxili işlər orqanlarının əməkdaşları yenə də öndə olur, xilasedici, bənd möhkəmləndirmə işlərində yardımlarını əsirgəmirlər. İnsanları, həyatımızın sakit axarını qorumaqdan ötrü özlərini ölümün ağzına atırlar. Azərbaycan polisi eyni qəhrəmanlığı hər gün nümayiş etdirir...
Azərbaycan polisinin cinayətlə, cinayətkarlarla mübarizədə keçən yuxusuz gecələrinin bahasına bu gün ictimai təhlükəsizlik mükəmməl səviyyədə qorunur, vətəndaşın həyatı, mülkiyyəti etibarlı mühafizə olunur. Biz bu əmək, fədakarlıq, qəhrəmanlıq sayəsində qazanılan sabitliyi, rahatlığı, özgüvəni həyatımızın hər saniyəsində yaşayırıq. Amma bunun hansı çətinliklər bahasına yarandığının bəlkə də heç fərqində olmuruq…
Dövlətə, onun hüquqi meyarlarına, dəyərlərinə, normalarına meydan oxumaq cinayətdir, - bu, birmənalıdır. Cinayətkarı, - istər məişət xuliqanı olsun, istərsə də qatil, ya gənc olsun, yaxud da yaşlı, fərq etməz – onları bəyəm polis zərərsizləşdirməməlidir? İstər park olsun, istər qapalı məkan – əgər vətəndaşa təhlükə, onun istirahətinə maneə varsa, polis görməzdən gəlməlidir? Ətrafdakı insanların həyatına təhdid yarananda polis qaçıb gizlənməlidir?

Tarix heç nəyi unutmur! Biz də unutmağa imkan verməməliyik. Son 30 ilin bütün bu kimi hadisələrində dövlətə, müstəqilliyə və onların rəmzləri olan prezidentlərə qarşı silahla dirənənlərin qarşısında hüquq-mühafizə orqanları, xüsusən də polis dəyanətlə dayanıb, onları iflasa uğradıb! Sabitliyimizi, asayişimizi, dövlətimizi qorumaqla yanaşı, onların qədrini, dəyərini də bilməliyik. Elə Azərbaycan polisinin də...


Bir daha düşünək: Kimdir polis?
Bizim asayişimiz üçün özlərini qurban verən qəhrəmanlardır…
Dövlətin təhlükəsizliyini qorumaq naminə canlarını sipər edən fədailərdir…
Müstəqilliyin əbədiliyi, ölkənin sabitliyi üçün terrorçunun üstünə yeriyən, cinayətkarı bir həmlədə zərərsizləşdirən igidlərdir…
Onlar həm də Vətən uğrunda şəhidlərdir, şəhid övladlarıdır və hər an şəhid olmağa hazır mübarizlərdir...…
Gecə-gündüz demədən, yağışa-borana, qızmar günəşə, sərt küləyə baxmadan yollarda hərəkəti tənzimləyən, küçələrdə rahatlığı təmin edən, bədnam ünsürlərə əl-qol açmaq imkanı verməyən əsl dostlardır…
Azərbaycanı dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevirməyə müvəffəq olan peşəkarlardır...
Məmləkətimizin vətənpərvərləridir, ər oğullarıdır...
107 illik istiqlalımızın 107 illik canlı sipərləridir...
Ən nəhayət, Vətən savaşı, antiterror əməliyyatı, Qarabağ, Şərqi Zəngəzur, Şuşa, Xankəndi, Azərbaycan deməkdir - Polis...
İxtiyar Hüseynli,

Əməkdar jurnalist





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see205

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see202

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see176

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

17 Noyabr 2025 21:38see164

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see141

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see140

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see130

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see129

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see127

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see125

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see124

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see124

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see123

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see123

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see123

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see123

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see118

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see117

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see117

ABŞ ın San Dieqo şəhərində Azərbaycan Amerika dostluq konserti təşkil olunub

17 Noyabr 2025 07:16see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri