Icma.az
close
up
RU
Bi­zi sonsuz xəyallara qərq edən qüvvə Sərgərdan və məzəli həyatın sonu

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə Sərgərdan və məzəli həyatın sonu

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün məşhur Rusiya şairi, yazıçısı və tərcüməçisi Bella Axmadulinanın anım günüdür.

Kulis.az onun "Bella Axmadulina şeir tərcüməsi haqqında" yazısını təqdim edir.

Doğma dildə dolğun olan şeir sətri tərcümədə sanki ölür. Əvvəlki dolğunluqdan, ahəngdarlıqdan məhrum misralar lal və cansız görünür. Bu da şeirin taleyində ən təhlükəli, ən xatalı məqamdır. Tərcüməçi şeirə necə yanaşmalıdır? O, şeiri yenidən dirçəldə, ya­zılana təzə nəfəs verib, onu əvvəlki zəngin və ahəngdar həyatına qaytara biləcək, yoxsa eləcə cansız qoyub qırağa çə­kiləcək?

Həmişə mənə elə gəlib ki, sətri tərcümə nəsə çılpaq, köməksiz bir varlıqdır. O, doğular-doğulmaz valideyn himayəsindən məhrum körpəyə oxşayır. İndi həmin uşağı övladlığa götürmək, nazını çəkmək, qayğı göstərmək, həyat vermək, ya da körpəni yad dildə miskin yetim gününə salmaq tər­cüməçidən asılıdır.

Yad sevginin sürgünündə qocalıb,

Ah, nə qədər şeirləri çevirdim.

Ona görə də düşünürəm ki, tər­cümə – iki şairin bir-birinə böyük inamıdır, həmin inamla onlardan biri digərini özünün ən məhrəm sirrinə şərik edir. Şairlərin ikisi də o qədər incə, zərif, üstəlik, bəsirət və fantaziya sahibi olmalıdır ki, antropoloq kəllə cizgilərinə görə gözəl qədim simanı bərpa elədiyi kimi, şeirin həqiqi məzmunu da sətri tərcümənin cizgiləri əsasında bərpa ola bilsin.

Yəqin ki, tərcümənin mənası an­caq budur – tərcümə edilmiş şeir öz ilkinliyinə sadiq qalmalı, çev­rildiyi dildə isə poeziya aləminin tamhüquqlu nümayəndəsi olmalı, özgə dilə bayram kimi gəlməlidir.

Bütün bunlar aydındır, mübahi­sə isə yalnız dəqiqliyin indiyə qədər müəyyən olunmamış hüdudları ətrafında yaranır.

İstərdim gürcü şairlərindən elə­diyim tərcümələrdən misal gətirim. Ona görə yox ki, həmin tərcü­mələri nümunə sayıram, ona görə ki, istənilən başqa, bəlkə də qat-qat uğurlu tərcümələrlə müqayisədə həmin işlərə daha çox bələdəm.

Boynuma alım ki, mən şeirin xarici əlamətlərinə – ölçüyə, qafiyələnməyə riayət etməyə heç vaxt can atmamışam. Bu həqiqətə söykənmişəm ki, səslənmə qanunu hər dildə bir cürdür. Mənə etibar edilmiş şeirlərə bir şey arzulamışam – o, müasir rus oxucusunun ruhuna yaxın olsun, çağdaş rus şeirinə çevrilsin.

Anna Kalandadzenin incə, dola­şıq, həyəcanlı üslubunu, ifadələrinin gözəl qəribəliklərini qorumağa çalışdıqca tez-tez daha sərbəst, yüngül ölçülərə meyillənirdim. Mən orijinala misra-misra əsasla­nırdım, çünki onun bütövlüyünü pozmağa haqqım yox idi: "Ah, bi­zi sonsuz xəyallara qərq edən bir qüvvə var...", yaxud, "Yasəmən, uçub sənin göy budaqlarına qonaram..." Sonra bütövlükdə şeiri hə­min misralara uyğunlaşdırırdım.

Bundan başqa, həmin ləng ritmlərlə şairənin dalğınlığını, qəlbindəki pərişanlığı, ruhunun sonsuz çırpıntılarını çatdırmaq istəyirdim. Əksinə, kəskin duyğuların, vətən­pərvərlik, sevgi hisslərinin gərginliyini daha qısa, təsirli misralarla, aydın qafiyələrlə verməyə çalışırdım.

Kalandadzenin ardınca bütün coğrafi adları dəqiq təkrarlayırdım – bu da onun poetik xarakterinin bir cəhətidir, Gürcüstana könül­dən bağlılığıdır.

Şeirin üzərində işlədikcə yalnız başqa dilə tərcümədə qaçılmaz olan itkilərin yerini doldurmaq üçün bəzən özümə bir az da artıq azadlıq verirdim.

Gürcü oxucusuna sirr deyil ki, Simona Çikovaninin "Svanetiyaya gedən yolda" adlı gözəl şeirinin tərcüməsində orijinalda rast gəlinməyən sətirlər var: "İndi özüm də fikirləşirəm, mənim kimi sərgərdan və məzəli adam necə oldu, keçə bildi o yolu...”

Ancaq seçdiyim "sərgərdan" və “məzəli adam” təyinləri ilə rus oxucusunu aldatdığımı düşünmürəm. Mən rus oxucusuna şairin daxilən nə qədər qəribə, şıltaq olduğunu bir daha çatdırmaq istəyirəm.

Onun "Doqquz palıd" şeirini bir qədər qısaltdım ki, sehrli doqquz rəqəminə sitayiş etməyən, divlərin vərdişi haqqında məlumatı olmayan rus oxucusunun təsəvvürünə uyğun gəlsin.

Oxucu şeirin əfsanəvi obrazlarına çox da ciddi yanaşmasın de­yə sonda şeirə məlum sehirli Şərq nağıllarına işarə vuran sətirlər əlavə etdim: "İşıqla dolu o möcüzələrə ömrüm boyu baxmaqdan yorulmadım".

Düşünürəm ki, bəzən nəinki dil müxtəlifliyi, həm də müxtəlif xalqlara xas fərqli poetik psixologiyalar, fərqli təsəvvürlər səbəbindən tərcüməçinin bu və ya başqa təfərrüatın üstündən keçmək ixtiyarı var.

Çikovaninin "Fikrimi buludlara çatdır" şeirində belə bir misra var: "Sən öz gözəlliyinlə qəlbimin kisəsini doldurursan..." Mənə çox əziz olan şairə tam inanmaqla yanaşı qətiyyən şübhə etmədim ki, gürcü dilində bu obraz poetik və qanunauyğun çıxsa da, rus dilinə sətri tərcümədə çox kobud, demək olar, bayağı səslənir. Odur ki, onu ixtisa­ra saldım. Çünki qadının gözəlliyi, şairin duyğuları bunsuz da yetərincə ifadə olunmuşdu.

Beləliklə, müəllifi tərcüməçi tə­rəfdən iki təhlükə gözləyir: hədsiz şişirtmə və həddən artıq kiçiltmə. Mənə elə gəlir, poeziya naminə hər ikisi müəyyən qədər yolveriləndir. Çətin ki, bunun hansı ölçüdə olmalı olduğunu dəqiq təyin edə­cək riyazi hesablama aparıla bilsin. Fikrimcə, hansı halda nəyi necə etməyi yalnız şairin özü müəyyənləşdirə bilər.

Mənim inandığım bir həqiqət var: tərcüməçi yalnız müəllifin azadlığının sərhədlərinə qədər sərbəst ola bilər. Tərcümə zamanı bütövlükdə şairin daxili dünyası, onun düşüncə tərzi və poetik ma­terialın mühüm detal­ları əsasən toxunulmaz qalmalıdır. Məsələn, Çikovaninin "Sonra da şal ocağın yanından asılmışdı...", "Dizlərimi yeriməklə möhkəmlət­dim...", "İki çay arasında qıvrılan­da səni görmək istədim birdən..." misralarını dəyişmək həm günah olardı, həm də elə şeylər var ki, onları əvəzləmək lazım deyil. Mis­ralarda poetik fikir də, rus dilində səslənmə də o qədər mükəmməldir ki, onları dəyişməyə ehtiyac yox­dur. Hətta bu zaman gürcü dilinin qrammatikası rus dilində olan mətni zənginləşdirir.

Ümid edirəm ki, "Xırmanda ma­rallar" şeiri artıq rus dilində danışa bilir, ancaq hər halda bu, təpədən-dırnağa gürcü şeiridir. Özü də təkcə gürcü coğrafiyasını əks etdirdiyinə görə yox, həm də ilk baxışdan qəribə görünən obrazlı deyim tərzinə görə: "Birdən turac quşu kimi gəlin çıxdı artırmaya..."

Tərcüməçi milli özünəməxsuslu­ğun bu kimi təzahürlərinə çox ehtiyatla yanaşmalıdır.

Tərcümə edən: N.Əliyeva

Sənət haqqında - Pol Valeri "Mən bu cahana sığmazam"ın aktyorları eyni layihədə Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Noyabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see139

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see137

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see122

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see120

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri