Icma.az
close
up
RU
Bizi yıxılmağa qoymayan həkim Ramin Rzayev

Bizi yıxılmağa qoymayan həkim Ramin Rzayev

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi həyata Ulu yaradan gətirib, olumdan ölümə taleyimizi də Uca Tanrı yazıb. Bizə verilən ömrü həkimlər qoruyur. Bu baxımdan həkimlik, sadəcə, bir peşə deyil, İlahinin ən yaxın yardımçısı olmaqdır. Tək Alahımız alın yazımızın yarımçıq pozulmamasını həkimlərə həvalə edib. Elə biz özümüz də ən qiymətli sərvətimiz olan həyatımızı “ağ xalatlı şəfqət mələkləri”nə etibar etmişik. Son ümid qapısı saydığımız tibb işçiləri həyat keşikçiləri kimi ömrümüzə xoşbəxtlik, ahəng qatıblar. Buna görə də həmişə həkimlər seçiliblər, seviliblər. Onlara ən böyük hədiyyəmiz minnətdarlığımız, dualarımız olub. Müdriklərin dediyi kimi, həkimlər öz xoşbəxtliklərini başqalarına qazandırdıqları xoşbəxtlikdə tapırlar. Bu, onların xoşbəxtlər xoşbəxti olması deməkdir. Taleyinə belə müqəddəs missiya düşmüş, alnına belə bir xoşbəxtlik yazılmış tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının travmatologiya və ortopediya şöbəsinin rəisi Ramin Rzayev həkim kimi müqəddəs amallar uğrunda yorulmadan mübarizə apara-apara özü müqəddəsləşdi. İllərdən bəri dayaq-hərəkət problemi olan insanları ayağa qaldırıb onları fəal həyata qoşmaqla xalqımıza layiqli xidmət göstərmiş bu təbib fəaliyyəti ilə həkimlik peşəsinə şərəf gətirib. Bu yerdə antik dövrün bir hikmətli pritçası yada düşür. Kral Dionis Aristoteldən soruşur ki, görəsən, niyə hər gün filosoflar hökmdarların ziyarətinə gedir, heç bir hökmdar yerindən qalxıb bir filosofun ziyarətinə getmir? Aristotel suala özünəməxsus, dahiyanə cavab verir: “Yataqdan qalxa bilməyən xəstələrin yanına həkimlər özləri gedərlər. Belə xəstələrin isə onların yanına getməsi mümkün deyil!”.

Hökmdarı yataq xəstəsinə bənzədən Aristotel bu müqayisədə həkimləri filosoflara bərabər tutur. Bu hikmətə söykənsək, həkimliyin fəlsəfəsi Tanrının verdiyi ömrün qorunmasındadırsa, həkimin filosofluğu belə bir ilahi missiyaya qulluq etməsindədir. Həkimlər bənimizin və ruhumuzun sirlərini bilən, onun fəsadlarını incələyib aradan qaldıran hikmət sahibləridir. Amma Ramin Rzayev təbabətin insanı ayaqda saxlayan, yıxılmağa qoymayan sahəsinin hikmətlərini, sirlərini dərindən bilib xəstəliklərə əlac edən, xəstələrə nicat verən bir travmatoloq-həkimdir. Ağrıdan taqətsiz hala düşən qamətimizi yenidən dikəltmək, yerişimizi bərpa etmək kimi mürəkkəb əməliyyatları icra etməklə yıxılan xəstələri ayağa qaldırır, onlara həyat eşqi bəxş edir. İllərdən bəri xalqımızın sağlamlığının keşiyində ləyaqətlə dayanan Ramin Rzayev xəstələrə təkcə şəfa deyil, eyni zamanda inam da verir. Yüksək tibb təhsili və zəngin iş təcrübəsi olan Ramin həkim ölkəmizin ən yaxşı həkim-cərrahlarından biri kimi tanıdır. O əvvəlcə Azərbaycan Tibb Universitetini bitirib, sonra akademik İ.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin internatura, ordinatura və aspirantura pilləsini uğurla başa vurub. Bir müddət Sankt-Peterburqda Canelidze adına Təcili Yardım Elmi Tədqiqat İnstitutunun travmatologiya-ortopediya bölməsində çalışıb. 2011-ci ildən isə Vətənə dəvət alaraq Mərkəzi Gömrük Hospitalında həkim travmatoloq-ortoped kimi fəaliyyət göstərir. Hazırda travmatologiya şöbəsinin rəisidir. Ramin həkim Rusiya Federasiyası Dövlət İxtiraçılar reyestrində qeydiyyatdan keçmiş “Eksternal osteosintez zamanı sümüyün xarici fiksasiya aparatına birləşdirmə üsulu” adlı 2354320 saylı və “Çanağın ön və arxa şöbələrinin bütövlüyünün pozulması ilə müşayiət olunan zədələnmələrinin müalicə üsulu” adlı 2364359 saylı patentlərin həmmüəllifidir. O, “Travmatik şokla müşayiət olunan xəstələrdə həlqəsinin tamlığı pozulmuş çanağın zədələnmələrinin müasir üsullarla müalicəsi” mövzusunda elmi işinə görə də 2 patent almışdır. Mütəxəssislər bu uğuru tibb elminin bu sahəsində hadisə kimi qiymətləndiriblər.

Peşəkar həkim olan Ramin Rzayev həm də vətənpərvər, xeyirxah, humanist bir insandır. O, dünyanın şöhrətli xə…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri