Icma.az
close
up
RU
“Bizim bir ailəmiz var, o da Türk dünyasıdır”

“Bizim bir ailəmiz var, o da Türk dünyasıdır”

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Komitəsinin sədri TDT-nin Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində keçirilən beynəlxalq konfransda çıxış edib

Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq konfrans keçirilib.

SİA xəbər verir ki, konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türk Dövlətləri Təşkilatı çərçivəsində mənəvi-mədəni inteqrasiyanın və dini sahədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” fikrinin bu sahədə əsas prinsip olduğunu diqqətə çatdırıb.

Komitə sədri TDT-yə üzv ölkələrin dini məsələlərə məsul dövlət qurumları rəhbərlərinin Şuşada keçirilən Birinci Görüşünü əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib. Müasir dövrdə islamofobiya, dini radikalizm və yad ideoloji təsirlərə qarşı birgə mübarizənin, xüsusilə gənclərin maarifləndirilməsinin vacibliyini qeyd edib. TDT-yə üzv ölkələrin dini məsələlərə məsul dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün yekunu kimi Şuşada qəbul edilmiş Kommünikenin məhz bu hədəflərə çatmaq üçün yol xəritəsi olduğunu deyib. R.Məmmədov qeyd edib ki, bu baxımdan dövlət-din münasibətləri müstəvisində qarşıda duran strateji vəzifələrin reallaşdırmağın əsas yolu müasir tələblərə cavab verən ixtisaslı kadrların yetişdirilməsidir. Ölkəmizdə savadlı mütəxəssislərə olan tələbatın ödənilməsi və ilahiyyat elminin akademik inkişafının təmin edilməsində Azərbaycan İlahiyyat İnstitutu xüsusi rola malikdir.

R.Məmmədov, eyni zamanda türk-islam sivilizasiyasının zəngin irsindən danışaraq Seyid Yəhya Bakuvinin ümumtürk mənəvi irsindəki xüsusi rolunu vurğulayıb. Bildirib ki, Bakuvi irsinin qorunması və təbliği xalqlarımızın mənəvi birliyinin möhkəmləndirilməsinə xidmət edir. Komitə sədri, həmçinin Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən “Seyid Yəhya Bakuvi adına təqaüd”ün təsis edildiyini, gələn ildən etibarən isə Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Seyid Yəhya Bakuvinin irsinə həsr olunmuş beynəlxalq simpoziumun keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu mənəvi irsin işığında TDT platformasında həyata keçirilən birgə fəaliyyət, Bakuvi kimi ümumtürk simvollarının irsinin qorunub yaşadılması ortaq tarixi məsuliyyətdir. O, bugünkü müzakirələrin türk dünyasının mənəvi birliyinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Sentyabr 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri