Bizim ən böyük düşmənimiz Putin Rusiyasıdır Berbok
Icma.az bildirir, Olke.az portalına istinadən.
Almaniyanın xarici işlər naziri Annalena Berbok Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, ölkənin ən böyük düşmənini açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Tagesspiegel" qəzeti məlumat yayıb.
Məlumata görə, Berbok ABŞ vitse-prezidenti Ceyms Vensin bəyanatına cavab olaraq deyib:
"Bizim ən böyük düşmənimiz Putin Rusiyasıdır. Çünki o, Avropada sülhə müharibə elan edib".
Berbok əlavə edib ki, siyasətçi kimi o, Avropa demokratiyasını xarici və daxili düşmənlərdən qorumaq vədini verib. Onun fikrincə, Avropada əminamanlıq olmadan uzunmüddətli qlobal sülh ola bilməz.
Xatırladaq ki, ABŞ vitse-prezidenti Ceyms Vens 14 fevralda Münhen Təhlükəsizlik Konfransında çıxış edərək bildirib ki, Avropanın ən böyük düşməni nə Rusiya, nə də Çindir. Onun sözlərinə görə, ABŞ-nin demokratik dəyərlərini bölüşməyən Avropa demokratiyasının ən böyük düşməni Avropanın öz daxilindədir.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















