Icma.az
close
up
RU
Bizim evimiz Türk dünyasıdır

Bizim evimiz Türk dünyasıdır

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Türk Dövlətləri Təşkilatı son illərdə Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq platformalardan birinə çevrilib.
Bu prosesdə Azərbaycanın rolu xüsusi diqqət çəkir.
Prezident İlham Əliyevin Türk dünyası ilə qardaşlıq əlaqələrini dərinləşdirən müdrik siyasi iradəsi sayəsində Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Qazaxıstanla əlaqələr strateji Zirvəyə daxil olub.
İki il əvvəl, 2024-cü il iyulun 6-da Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşləri formatının ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsi Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, TDT-nin gücləndirilməsində mühüm rol oynadı.
Qarabağ Bəyannaməsinin qəbul edilməsi isə təşkilat daxilində ortaq siyasi baxışın formalaşması istiqamətində mühüm addım hesab oluna bilər.
Eləcə də, ötən ilin oktyabr ayında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi Türk dünyasının həm siyasi yaxınlaşmasının, həm də ortaq strateji baxışının növbəti təsdiqi kimi qiymətləndirilir.
Qəbələ Zirvə görüşü yalnız siyasi bəyanatların verildiyi platforma deyil, həm də konkret layihələrin, yeni təşəbbüslərin və ortaq strateji qərarların müzakirə olunduğu mühüm siyasi format kimi yadda qaldı.
Cənab Prezident İlham Əliyev hər zaman bəyan edir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Çünki böyük coğrafi məkanı əhatə edən, müsbət demoqrafik dinamika müşahidə olunan və hərbi potensialını döyüş meydanlarında dəfələrlə göstərən türk dövlətləri həm də zəngin təbii resurslara, strateji nəqliyat körpülərinə malikdir.
Müasir mərhələdə TDT qarşısında duran əsas vəzifələrdən biri təşkilat daxilində praktiki əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsidir.
XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Qazaxıstanın Türküstan şəhərində TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi üzv dövlətlər arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional layihələrin genişləndirilməsi baxımından yeni fürsətlər yaradacaq.
Prezident İlham Əliyevin tədbirdə iştirakı və Azərbaycanın Sədrliyi TDT-nin institusional inkişafına yeni dinamika qazandırır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 May 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri