Icma.az
close
up
RU
“Bizim futbolda adamın olsa, işləyəcəksən” Mahmud Qurbanov

“Bizim futbolda adamın olsa, işləyəcəksən” Mahmud Qurbanov

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Azərbaycan futbolunun tarixində iz buraxan, hətta əfsanə sayıla biləcək adamlardan biri də Mahmud Qurbanovdur.

Sportal.az xəbər verir ki, o, fərqli klublarla ən çox - 6 dəfə çempion olan futbolçudur.

Amma “Professor” ləqəbli futbolçu uzun müddətdi işsizdi. Mütəxəssislə söhbətlə ölkə futbolu ilə bağlı bəzi məqamlara toxunduq.

- Uzun müddətdi işsizsiz. Bunun səbəbi nədi? Mahmud Qurbanovun bu qədər vaxt ərzində heç bir yerdə çalışmaması anormal deyil? Bir müddət məşqçi axtaran ikinci liqa təmsilçisi “Şəmkir”dən sizə təklif olubmu?

- Mənə heç bir klubdan təklif gəlməyib. Nə premyer-liqa, nə 1-ci liqa, nə də 2-ci liqa klublarından. Heç bir klub rəsmisi ilə görüşməmişəm. Üç ildi futboldan kənardayam. Səbəbini bilmirəm. Əslində əvvəllər bəzi futbol adamları “Səbail”dəki uğursuzluğu səbəb göstərirdi, işsizliyimi bununla bağlayırdılar. Amma bizim futbolda uğurlu-uğursuz olmaq söhbəti deyil, adam lazımdı. Adamın olsa, işləyəcəksən. Uğursuz olmağım əvvəl önə çəkilirdi. Bəzi məşqçilərə baxsaq, görərik ki, uğursuz da olsa, işləyirlər, iş başındadılar. Bu ehtimalı qəbul etmirəm. “Neftçi-2”də cavanlarla çempion olmağımı heç kim yada salmır. Bilmirəm səbəb nədi. Mənim üçün müəmmalı deyil, təəccüblüdü ki, niyə belədi. Bilmirəm bu hardan gəlir.

- Sonuncu komandanız “Səbail”in oyunlarını izləməyə vaxtınız olurmu? Ümumiyyətlə, “Şəfa” ilə aradakı xal fərqini nəzərə alsaq, “dənizçilər”in elitaya qayıtması nə dərəcədə realdı?

- Açığı, “Səbail”in oyunlarını izləmirəm. Nə yalan deyim... Bildiyim qədəri ilə birinci liqada nəticələri yaxşıdı.

- Ölkə çempionatının səviyyəsindən, oyunların tempindən razısızmı? Premyer-liqa sizin dövrünüzlə müqayisədə çoxmu dəyişib? Futbol ictimaiyyəti arasında belə fikir hökm sürür ki, “Sabah” bu mövsüm, nəhayət, “Qarabağ”ın hegemonluğuna son qoyacaq. Bu iki komandanın heyətlərini, gücünü müqayisə etmək olarmı?

- Çempionat maraqlı keçir. Mövsümün ilk yarısında yaxşı oyunların, baxımlı qolların şahidi olduq. “Qarabağ”la rəqabət aparan komandanı da gördük. Bu, “Sabah” oldu. “Qarabağ”la bərabər mübarizər, rəqabət aparır. Əslində “Sabah”ın nə qədər belə davam edəcəyini proqnozlaşdırmaq çətindi. Maya qədər nə qədər oyun var. “Sabah” bu tempə ayaq çatdıra, sona qədər belə davam edə biləcəkmi - bunu qarşıdakı aylar göstərəcək. Hər halda yaxşı oyun göstərən “Qarabağ”dan sonra bir komanda var, bu da “Sabah”dı.

- Bəs “Neftçi”də çatışmayan nədi? Klubun maliyyə problemi yoxdu, istədiyi futbolçuları ala bilir, amma yenə də nəticə ürəkaçan deyil.

- “Neftçi”də baş məşqçi dəyişikliyi oldu. Yuri Vernidub komandanı iki oyuna çıxardı. İndi bu qış fasiləsində vaxtı oldu ki, komandaya “əl gəzdirsin”, öz təməlini, oyun üslubunu ortaya qoysun. Baxaq, görək ki, çempionatın sonuna qədər “Neftçi”də yaxşıya doğru dəyişiklik olacaq, ya yox. Turnir cədvəlində neçənci yeri tutacağını, nəticədən başqa oyununda inkişaf olub-olmadığını zaman göstərəcək.

- “Kəpəz”dəki vəziyyəti necə dəyərləndirirsiz? Azər Bağırovun “Kəpəz”i elitada qala bilərmi?

- Autsayder komandalardan kimin elitada qalacağını proqnozlaşdırmaq olmur. Bu futboldu. Həm “Karvan-Yevlax”, həm “Qəbələ”, həm də “Kəpəz”, ola bilər ki, qələbələrlə bu zonadan çıxsınlar. Bunu da vaxt göstərəcək. Qış təlim-məşq toplanışından necə istifadə ediblər, necə transferlər ediblər, bundan da çox şey aslı olacaq. İndidən fikir bildirmək düzgün deyil.

- Gənc futbolçulardan bəyəndiyiniz kimlər var? Onlar ölkə futbolunu, xüsusən də milli komandanı gələcəkdə çiyinlərində daşıya biləcəkmi?

- Bir neçə gənc oyunçu var ki, normal oynayırlar. Bəyəndiklərim var. Mən həmişə demişəm ki, “Neftçi”dəki Murad Məmmədov çox istedadlı futbolçudu. “Neftçi”də işləyəndə onu aşağı yaş qruplarında görmüşdüm, istedadına bələd idim. Bu qış təlim-məşq toplanışında da özünü yaxşı tərəfdən göstərdi. Əvvəlki müsahibələrimdə də deyirdim ki, Murada şans vermək lazımdı. Onun mövqeyində oynayan legionerlər heç də Muraddan artıq oynamır. Əksinə, Muradın meydanda göstərdiyi oyun buna əsas verir. Sürətlidi, texnikalıdı, driblinqi yaxşıdı. Keçidlər edir, qol duyumu var. Bu xüsusiyyətlər bu uşaqda varsa, yaşının azlığı maneə olmamalıdı. Oynamalıdı ki, Azərbaycan futbolu yeni oyunçu qazansın.

- Milli komandadan söz düşmüşkən, nəhayət, yerli mütəxəssis “sükan arxasındadı”. Futbol ictimaiyyəti uzun müddət idi bunu tələb edirdi. Siz də tələb edənlər sırasındaydız?

- Mən də onun tərəfdarı olmuşam ki, millidə yerli məşqçi olsun. Futbolçuların xarakterinə daha çox bələddi. Yerli baş məşqçinin olması o deməkdi ki, yığmamız oyunlara mübariz əhval-ruhiyyədə çıxacaq. Bu baxımdan yaxşıdı.

- Ayxan Abbasovun yaxın və uzaq gələcək üçün hədəfləri nə olmalıdı? Onun əlinin altında vəziyyəti radikal şəkildə dəyişmək üçün yetərincə resurs varmı?

- Ayxan Abbasovun seçim imkanı geniş deyil. Limit məsələsi var. Ayxan Abbasov üçün geniş seçim, heyət yoxdu. Oyun praktikası olmayan futbolçuları milliyə çağıra bilmir. Belə futbolçular azdı. Reallıq budu. Ayxan Abbasov çıxış yollarını axtarıb tapar. Düzdü, çox çətindi. Keyfiyyət baxımdan seçimi çox azdı. Amma yerli məşqçidi. Futbolumuz üçün bugünkü gündə ən ideal variantdır ("Futbol+").

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Yanvar 2026 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri