Icma.az
close
up
RU
Bizim işimiz quruculuqdur ŞƏRH

Bizim işimiz quruculuqdur ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Qayıdış dövlət proqramının uğurla reallaşdırıldığı bölgələrimizdən biri də Kəlbəcər rayonudur. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 21-də bu rayona etdikləri səfər ölkə ictimaiyyətinə Kəlbəcərdə aparılan işlərin böyük vüsətini bir daha tam dolğunluğu ilə nümayiş etdirdi. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə etdiyi hər bir səfəri bu torpaqlarda görülən işlərin mühüm prioritet istiqamətlərdən biri kimi xüsusi nəzarətdə saxlandığını təkrar-təkrar hər kəsin diqqətinə çatdırmış olur. Bu proses görülən işlərin və həyata keçirilən Böyük Qayıdış dövlət proqramının önəmli xarakterindən irəli gəlir. Dövlət başçısının azad edilmiş ərazilərə hər səfəri mühüm obyektlərin təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur.

Prezident İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub və buraya köçən sakinlərlə görüşüb. Görüş zamanı dövlət başçısı çıxış edərək bildirib: “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.” Bu sözlərlə Prezident İlham Əliyev Kəlbəcər sakinlərinin doğma torpaqlarına qayıdışını yüksək qiymətləndirib və onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən işləri vurğulayıb. Prezident çıxışında Kəlbəcərin artıq dünyanın ən gözəl mənzərəli şəhərləri sırasına daxil olduğunu bildirdi. O, Azərbaycanın güclü ordusunu və xalq birliyini vurğulayaraq, Ermənistanın kapitulyasiyasını məcbur edən amilin məhz bu birliyin gücü olduğunu dedi.

Cənab İlham Əliyevin “Bizim işimiz quruculuqdur”, “Azərbaycan ləyaqətli dövlətdir” kimi fikirləri dövlətimizin sülhə güclü əsaslarla dayanan siyasətini bir daha təsdiqlədi. Bu gün Kəlbəcər həm strateji, həm də iqtisadi-sosial baxımdan yeni dirçəliş mərhələsinə qədəm qoyub. Kəlbəcərdə aparılan layihələr, energetika obyektləri, infrastruktur yenilənməsi və turizm potensialının inkişafı gələcəkdə rayonun dirçəlişində əsas rol oynayacaq. Prezident çıxışında Azərbaycan xalqının sabaha inamla addımladığını bir daha qeyd etdi. Azərbaycan Ordusu bu uğurların arxasında dayanan əsas dayaqlardan biridir. Güclü ordu, güclü liderlik və xalqın birliyi ilə Azərbaycanın gələcəyi daha da işıqlı görünür. Kəlbəcər isə bu işıqlı gələcəyin dağlar qoynundakı parlaq simvoluna çevrilir.

Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub. Şəhərin müfəssəl baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə və ekstremal macəra sahələri yaradılacaq. Layihəyə əsasən, parkın ərazisində yerüstü avtomobil dayanacağı, relsli xizək yolu, restoranlar, kafelər, amfiteatr və digər zəruri infrastruktur obyektlərinin inşası da nəzərdə tutulur. Bu parkın inşası şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hərtərəfli şərait təmin edəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər zamanı Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin təməlqoyma mərasimlərində iştirak ediblər. Bundan əlavə, "Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası"nın açılışında iştirak ediblər. Prezident İlham Əliyev həmçinin Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olub.

Avqustun 21-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərin Vəng kəndində üç yeni kiçik su elektrik stansiyasının açılışını ediblər. Səfər çərçivəsində Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin təməli qoyulub. Möhtərəm Prezidentimizin burada yerli sakinlərlə görüşü zamanı dediyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri