Icma.az
close
up
RU
“Bizim kitabımızda boşanmaq yoxdur”

“Bizim kitabımızda boşanmaq yoxdur”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakıda arvadına illərlə işgəncə verən şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda baş verib.

İstintaq materiallarına əsasən, Elnur (şərti) 18 ildir nikahda olduğu Ayselə (şərti ) uzun müddət fiziki və psixoloji zorakılıq tətbiq edib. Son 8 ildə bu davranışlar daha da şiddətlənib.

Elnur həyat yoldaşını evdə bağlı qapı arxasında saxlayıb, ağzına yastıq basaraq boğmağa cəhd edib. Sonuncu dəfə isə dərzi qayçısı ilə müxtəlif xəsarətlər yetirib.

Ayselin sığınacağa üz tutmasından sonra hər şeyin üstü açılıb. Zərərçəkmiş başına gələnləri müstəntiqə etiraf edib. Şikayət əsasında Elnur cinayət məsuliyyətinə cəlb olunub, hökmə qədər ev dustaqlığında saxlanılıb.

Elnur məhkəmədə ittihamları qəbul etməyib. O, arvadının nevrozdan əziyyət çəkdiyini və dəfələrlə ondan özünü öldürməsini istədiyini deyib: “Aysel son vaxtlar əsəbi olur, məni təxribata çəkirdi. Əsəbi halda onu öldürməyimi tələb edirdi. Onu qapalı otaqda saxlamağım da düz deyil. Sadəcə qışqır-bağır salıb bizi biabır etməsin deyə balkona çıxmağa qoymamışam. Mən ailəmizin dağılmasını istəmirəm. Məhkəmə Ayselin boşanma iddiasını təmin edib, amma mən qərarın ləğvi üçün apellyasiya vermişəm. Bizim kitabımızda boşanmaq yoxdur. Ən əsası iki böyük övladımız var”.

Lakin Elnurun dedikləri ekspert rəyi ilə təsdiqlənməyib. Məhkəmə hesab edib ki, o bu iddiaları cəzasını yüngülləşdirmək üçün irəli sürüb. Hakim həmçinin onun tez-tez “bizim kitabımızda boşanmaq yoxdur” ifadəsini işlətməsini də ittihamı gücləndirən hal kimi qiymətləndirib.

Hökmə əsasən, Elnur 2 il 8 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub. Apellyasiya məhkəməsi isə cəzanı 1 il 8 aya qədər azaldıb.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Avqust 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri