Icma.az
close
up
RU
Bizim qarşımızda çox gözəl perspektivlər açılır

Bizim qarşımızda çox gözəl perspektivlər açılır

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Bu gün Azərbaycan və Ukrayna təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənədin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətli rol oynayıb. Dövlətimizin başçısı İlham Əliyevin aprelin 25-də ölkəmizdə işgüzar səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə  Qəbələdə keçirilən təkbətək və geniş tərkibdə görüşlərində iki ölkənin əlaqələrinin dünəni, bu günü və gələcəyi geniş müzakirə edildi. “Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır” deyən cənab İlham Əliyev bildirdi ki, əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparıldı. Bir sözlə, bu gün Azərbaycan və Ukrayna  bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir.

Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa,  energetika sahəsində əməkdaşlığa da xüsusi önəm verildi. Prezident İlham Əliyev qeyd etdi ki, burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir,  eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Növbəti illərdə bu rəqəm daha da artacaq.  Çünki buna da böyük imkanlar var.

Azərbaycan-Ukrayna əlaqələri  bu günə qədər formalaşmış qarşılıqlı etibar, hörmət və strateji dostluq münasibətlərini daha da inkişaf etdirməyi hədəfləyir. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər.

Son dövrlərdə Azərbaycana müxtəlif dövlət və hökumət başçılarının intensiv səfərləri ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi səfəri də bunun bunun bariz nümunələrindəndir. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndiyini göstərən mühüm amildir. Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babiş ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Çexiya Baş nazirinin səfərini müşayiət edən geniş biznes heyəti bu səfərin əsas prioritetlərindən birinin iqtisadi əməkdaşlıq olduğunu nümayiş etdirdi.  Səfər çərçivəsində Prezident İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən  biznes-forum iki ölkənin iş adamlarını bir araya gətirərək yeni investisiya və ticarət imkanlarının açılmasına şərait yaratdı. Bu isə münasibətlərin yalnız siyasi deyil, iqtisadi müstəvidə də dərinləşdiyini göstərir. Prezident İlham Əliyev bildirdi ki, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir. Bu məqam da xüsusi vurğulandı ki, ikitərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə,  biz Avropa İttifaqından ilk kənar ölkəyə - Azərbaycana səfər etdiyinə görə Baş nazir Andrey Babişə çox minnətdarıq. Biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var. Biz Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq.

Cənab İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babiş ilə mətbuata bəyanatında iki ölkənin ayrı-ayrı sahələrdə mövcud imkanlarından geniş bəhs edərək bildirdi ki, Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Aprel 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri