Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 11 martda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 11 martda baş vermiş tarixi hadisələr

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1502-ci il martın 11-də I Şah İsmayıl Təbrizdə şahənşah (imperator) titulunu qəbul edərək Səfəvilər dövlətinin əsasını qoyub. 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və böyük Azərbaycan dövləti - Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir. O həm də ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişdi.
Bəs, 11 martda daha hansı hadisələr baş verib?                                                                  
1. 11 mart 1702-ci ildə İngiltərədə gündəlik çıxan ilk milli qəzet “Daily Courant” nəşr olunmağa başlayıb.
2. 1938-ci il martın 11-də Avstriya silah gücünə Hitler Almaniyasının tərkibinə daxil edilib. 
3. 1951-ci ildə Hindistanın Yeni Dehli şəhərində ilk dəfə keçirilən Asiya Oyunları 11 mart tarixində sona yetdi.  Bu gün də davam edən yarışlar Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Asiya Olimpiya Komitəsi tərəfindən həyata keçirilir.
4. 11 mart 1959-cu ildə Sumqayıtda ilk dəfə tramvay yolu istifadəyə verilib.
5. 11 mart 1985-ci ildə Mixail Qorbaçov Sovet İttifaqının lideri olub.
6. 1990-cı ilin 11 martında Litva SSRİ-nin tərkibindən çıxdığını və dövlət müstəqilliyini elan edib.
7. 1992-ci ilin bu günündə Azərbaycan Respublikası Böyük Britaniya və Qvineya ilə diplomatik əlaqələr qurub.
8. 11 mart 2003-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi fəaliyyətə başladı.
9. 11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19 virusunu pandemiya elan edib.
11 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır
1. Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti Bəşir Səfəroğlu 1925-ci ilin bu günündə anadan olub.
2. Bu gün türkçülük cərəyanının qabaqcıllarından və “Türk Ocaqları”nın qurucularından biri, tarixi və siyasi xadim Yusif Akçuranın xatirə günüdür.  Osmanlı imperiyasının qurtuluşunu türk birliyi siyasətində görən Yusif Akçura 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilib. 1932-ci ildən cəmi 3 il olmaqla ölənədək Türk Tarix Qurumuna rəhbərlik edir.  Yusif Akçura 1935-ci ilin 11 mart tarixində İstanbulda ürək xəstəliyindən dünyasını dəyişib.
3. Türkiyəli aktrisa, müğənni, aparıcı və azərbaycanlıların “Təhminə”si Meral Konrat 11 mart 1963-cü ildə dünyaya göz açıb.
4. Azərbaycanlı boyakar Əşrəf Murad 11 mart 1979-cu ildə vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Mart 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri