Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 14 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 14 yanvarda baş vermiş tarixi hadisələr

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1992-ci il yanvarın 14-də Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalandı. Bu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd idi.
Qeyd edək ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini birinci olaraq tanıyan Türkiyə 74 il sonra müstəqilliyini ikinci dəfə elan etmiş Azərbaycan Respublikasını da hamıdan əvvəl tanıyıb.
Bəs, yanvarın 14-də dünyada daha hansı hadisələr baş verib?
1. Türkiyə, İran, İraq və Əfqanıstan arasında 1937-ci ilin 8 iyulunda imzalanan Sadabat Paktı 1938-ci ilin bu günü Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqləndi. Tərəfdar olan digər dövlətlərin də təsdiqilə müqavilə həmin ilin 25 iyun tarixindən qüvvəyə mindi.
2. İkinci Dünya Müharibəsi davam edərkən - 1943-cü ilin 14 yanvarında müttəfiq qüvvələr Kazablanka Konfransında bir araya gəldilər. ABŞ prezidenti Franklin Ruzvelt, İngiltərənin baş naziri Vinston Çörçil və Fransa prezidenti Şarl de Qoll Siciliyaya hücum mövzusunda razılaşdılar. Müttəfiqlər Türkiyənin də müharibəyə qatılması üçün diplomatik təzyiqi artırmaq qərarı verdilər. 
3. 1944-cü il yanvarın 14-dən Leninqrad (Sankt-Peterburq) və Novqorod ətrafında Leninqrad, Volxov və 2-ci Baltikyanı Donanmasının alman faşistlərinə qarşı irimiqyaslı əməliyyatı başladı. Bu əməliyyat martın 1-də Ukraynanın işğalçılardan azad edilməsilə sona çatdı.
4. Azərbaycanın o dövrkü iqtidarının ermənilərin torpaq iddiaları ilə bağlı təhdidlərinə biganə münasibətilə əlaqədar 1990-cı il 14 yanvar tarixindən paytaxt Bakıda kütləvi etiraz aksiyaları başladı. İlk vaxtlar Kommunist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında 10 minlərlə adam toplaşaraq ölkə başçısı Əbdürrəhman Vəzirovun istefasını tələb etdi.  Ə.Vəzirovun bu haqda rəsmi Moskvaya məlumatından sonra SSRİ-nin müxtəlif bölgələrindən hərbi hissələr Bakı istiqamətində hərəkətə keçdi.  
5. 2011-ci ilin 14 yanvarında Tunisdə bir adamın özünü yandırmasıyla başlanan qiyam nəticəsində dövlət başçısı Zeynəl Abidin ibn Əli ölkəsindən qaçaraq Səudiyyə Ərəbistanına sığındı. Tunisdə başlayan bu xalq qiyamı "Ərəb baharı" adlanan müharibənin başlanğıcı sayılır. Ölkəsində qiyabi mühakimə olunan və ömürlük həbs cəzasına məhkum edilən Zeynəl Abidin ibn Əli 2019-cu ilin 19 sentyabrında Ciddedə dünyasını dəyişdi.
14 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Bu gün Azərbaycan tanınmış milli şairi Almas Yıldırımın xatirə günüdür.  1926-cı ildə şairin Süleyman Rüstəmlə birlikdə qələmə aldığı “Dün – bu gün” kitabı çapdan çıxıb. Sonralar şeirlərindəki millətçilik fikirlərinə görə Almas Yıldırım Dağıstana sürgün edilib. Burada da yaradıcılığını davam etdirən şair 2 il sonra Bakıya qayıdıb.  “Dağlar səslənirkən” kitabını çap etdirsə də, onun yayılması qadağan olunub, şairi Yazıçılar Birliyi üzvlüyündən xaric ediblər.
Təqiblərə dözə bilməyən Almas Yıldırım Türkmənistana gedib. Buradan isə ailəsilə birlikdə İrana qaçmağa məcbur olub. Bir müddət sonra Türkiyəyə gedib və burada müxtəlif vəzifələrdə çalışıb.
Şeirləri Türkiyə və Almaniya qəzet və jurnallarında dərc olunan Almas Yıldırım “Azərbaycan mahnıları” və “Azərbaycan bayatıları” kitablarını çap etdirə bilib. O, 1952-ci ilin bu günü 45 yaşında həyatdan köçüb. (1907-1952)
2. Azərbaycanda fizioloqlar elmi məktəbinin təşkilatçılarından biri olan Abdulla Qarayev 1910-cu il 14 yanvarda dünyaya gəlib. Tanınmış alim bioelektrik hadisələrin əsas nəzəri məsələlərini işləyib-hazırlayıb. (1910-1968)
3. Azərbaycanda funksional analizə dair ilk dərsliyin müəllifi, akademik Zahid Xəlilov 1911-ci ilin bu günü Tiflisdə anadan olub. 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş Z.Xəlilovun əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, hidromexanika, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi və riyaziyyatın başqa sahələrinə aiddir. (1911-1974)
4. 1923-cü ilin bu günündə  görkəmli teatr rejissoru, Xalq Artisti Tofiq Kazımovun anadan olub (1923-1980). T.Kazımov uzun müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor olub. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması onun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi və şair Səməd Mənsurun oğludur.
5. 14 yanvar 1999-cu ildə Xalq artisti, teatr və kino aktrisası Barat Şəkinskaya (1914-1999) vəfat edib. O, “Görüş”, “O olmasın, bu olsun”, “Telefonçu qız”, “Onun bəlalı sevgisi” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Yanvar 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see266

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see257

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see250

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see244

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see233

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see232

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see230

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see227

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see222

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see218

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see217

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see213

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see200

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see196

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see191

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see191

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see191

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see190

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see182

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri