Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 22 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 22 noyabrda baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

22 noyabr - Azərbaycanda Ədliyyə İşçiləri günüdür. Bu peşə bayramı Azərbaycan Prezidenti Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli fərmanına əsasən qeyd edilir. Bayramın qeyd edildiyi tarix heç də təsadüfi seçilməyib. Belə ki 1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Nazirlər Kabineti AXC Ədliyyə Nazirliyi haqqında Əsasnaməni təsdiq edib.
Bəs, noyabrın 22-də dünyada hansı hadisələr baş verib?
1. 22 noyabr 1497-ci ildə Vasko da Qama Ümid burnuna çatdı.
2. 22 noyabr 1906-cı ildə SOS təcili vəziyyət siqnalı ilk dəfə Alman hökuməti tərəfindən qəbul olunub.
3. 22 noyabr 1940-cı ildə Türkiyə hökuməti İkinci Dünya müharibəsinin Balkanlara yayılması qarşısında İstanbul, Kocaeli və Trakya vilayətlərində fövqəladə vəziyyət elan etdi.
4. 22 noyabr 1943-ci ildə Ruzvelt, Çörçill və Çan Kayşi Qahirədə Yaponiyaya qarşı hücum planını razılaşdırdılar.
5. 1949-cu ilin bu günündə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. Bu şəhərin əsası 1938-ci ildə Xəzər sahilində istilik elektrik stansiyası tikintisinə start verilməsi ilə qoyulub. 1941-ci ildə şəhərin tikintisində fasilə yaranıb və bu işlər yalnız 1944-cü ildə, Böyük Vətən Müharibəsinin sonunda bərpa edilib.
6. 22 noyabr 1955-ci ildə SSRİ özünün ilk hidrogen bombasını sınaqdan keçirdi.
7. 22 noyabr 1960-cı ildə ilk "Zaporojets" avtomobili konveyerdən çıxdı.
8. 22 noyabr 1963-cü ildə ABŞ-ın 35-ci Prezidenti Con Kennedi (1917-1963) öldürülüb. Con Kennedi Texas ştatının Dallas şəhərinə səfər vaxtı şəhərin mərkəzi küçələrindən birində özünün açıq limuzinində gedərkən snayper tüfəngindən açılmış atəşlə ölümcül yaralanıb. Prezident dərhal xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
9. 22 noyabr 1968-ci ildə Türkiyədə ilk ürək köçürülmə əməliyyatı Ankarada Dr. Kamal Bəyazid tərəfindən həyata keçirildi. Ancaq Maviş Karakurt adlı xəstə əməliyyatdan sonra cəmi 18 saat yaşaya bilib.
10. 22 noyabr 1975-ci ildə İspaniyada monarxiya bərpa olundu. Həmin gün Don Xuan Korlas İspaniya kralı olub.
11. 22 noyabr 2005-ci ildə Angela Merkel Almaniya kansleri seçilib. O, ölkəsinin ən gənc, Şərqi Almaniya mənşəli və ilk qadın kansleri olub.
12. 22 noyabr 2017-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi “Bosniya qəssabı” ləqəbli bosniyalı serblərin komandanı Ratko Mladiçə Srebrenitza qətliamında günahkar hesab edərək ömürlük həbs cəzası verib.
Noyabrın 22-də bu şəxsiyyətlər xatırlanır:


1. 22 noyabr 1933-cü ildə yazıçı-jurnalist Firudin Ağayev (1933-1995) doğulub. Onun əsərləri əsasında “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” və s. filmlər çəkilib.
2. 22 noyabr 1922-ci ildə böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirov (1922-1984) anadan olub. Simfonik muğam janrının yaradıcısı (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz” və s.), “Min bir gecə” baleti, “Sevil” operası, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu” və s. əsərlərin müəllifidir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi yazıb.
3. 22 noyabr 1922-ci ildə Xalq yazıçısı Hüseyn Abbaszadə (1922 - 12.12.2007) dünyaya gəlib. Kitabları: “General”, “Ləpədöyəndə”, “Burulğanlar” və s.
4. 22 noyabr 1933-cü ildə görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Ocaqov (1933 - 12.7.2006)  doğulub. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. “Qatır Məmməd”, “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Otel otağı”, “Həm ziyarət, həm ticarət” və s. filmlərə quruluş verib.
5. 22 noyabr 1938-ci ildə Xalq artisti Həsən Məmmədov (1938 - 26.8.2003) anadan olub. “Böyük dayaq”, “Bir cənub şəhərində”, “Gün keçdi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.


6. 22 noyabr 1940-ci ildə müğənni, skripkaçı, Əməkdar incəsənət xadimi, professor Rauf Adıgözәlov (1940 - 29.6.2002) anadan olub.
7. 22 noyabr 1950-ci ildə bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev doğulub. Simfonik əsərlər, o cümlədən bir sıra tamaşalara, filmlərə (“Fəryad”, “Qəm pəncərəsi” və s.) musiqilər yazıb.
Surxay Atakişiyev, Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:490
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Noyabr 2024 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri