Bizim üçün mühüm qələbə idi Anastasiya Mertsalova
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Bu, bizim üçün mühüm qələbə idi. SİA xəbər verir ki, bunu “Abşeron”un voleybolçusu Anastasiya Mertsalova Azərbaycan Yüksək Liqasının X turunda “Murov Az Terminal”la oyun (3:0) haqda federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, qazandıqları qələbənin vacibliyini vurğulayıb: “Növbəti qələbə münasibətilə komandamı təbrik edirəm. Bu, bizim üçün mühüm qələbə idi. Bilirəm ki, bu “Murov Az Terminal” üçün də vacib oyun idi. Onlar da yarımfinal uğrunda mübarizə aparırlar. Üçüncü setin sonları gərgin keçsə də, qələbə qazandıq. Qarşıda bizi 10 tur gözləyir. Çalışacağıq ki, liderliyi qoruyaq. Komandama uğurlar və yeni qələbələr arzulayıram”.
Qeyd edək ki, X turun oyunlarından sonra “Abşeron” 26 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Fevral 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















